Kirayə müqaviləsi ilə veriləcək mənzillərlə bağlı YENİLİK

Kirayə müqaviləsi ilə veriləcək mənzillərlə bağlı YENİLİK
SOSİAL
22:48 04.12.2019
3711
Nazirlər Kabineti sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında 459 saylı qərara aydınlıq gətirib.

AZXEBER.COM-un Nazirlər Kabinetinin saytına istinadən məlumatına görə, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilir:

"Bu qərar ehtiyacı olan, aztəminatlı ailələrin dövlət tərəfindən kirayə evlə təmin edilməsi üçün normaları müəyyənləşdirir. Yəni dövlət və bələdiyyələr gələcəkdə ehtiyacı olan vətəndaşları sosial kirayə şərtləri ilə yaşamaq üçün nəzərdə tutulmuş xüsusi mənzil fondundan mənzillərlə təmin etməyi planlaşdırır. Belə mənzillər ailələrin mülkiyyətinə verilmir. Bu qərara görə gələcəkdə belə mənzillər verilərkən ailənin hər üzvü üçün 16 kvadratmetr yaşayış sahəsi nəzərdə tutulur. Bu Avropa standartlarına uyğun bir ölçüdür.

Xatırladırıq ki, sovet dövründə bu normalar əvvəl adambaşına 5, daha sonra 8 kvadratmetr olmuşdu. İndi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu norma dövlət sosial mənzil fondundan veriləcək mənzillər üçün adambaşına 16 kvadratmetrdir. Bələdiyyələr isə daha artıq ölçüdə mənzillər təqdim edə bilərlər. Hazırda belə mənzillərə ehtiyacı olan vətəndaşların uçota alınması normaları da müvafiq dövlət qurumlarında müzakirə olunur və yaxın müddətdə təsdiq olunacağı gözlənilir.

Sosial təyinatlı mənzil fondundan istifadə edəcək vətəndaşlar yerli icra hakimiyyəti orqanlarında uçota alınacaq və növbəlilik prinsipi ilə təmin ediləcəklər. Növbədənkənar təmin ediləcək vətəndaşlar sırasına isə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, habelə xroniki xəstəliklərə tutulmuş vətəndaşlar daxildir. Sosial kirayə müqaviləsi yerli icra hakimiyyəti orqanları ilə vətəndaşlar arasında müddətsiz olaraq bağlanır, qarşılıqlı razılıq əsasında və yaşayış yerini dəyişdikdə və s. hallarda ləğv edilə bilər".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Toy etmək istəyənlərin diqqətinə - Bu tarixdən bahalaşma olacaq
21:35 17.06.2026
Toy etmək istəyənlərin diqqətinə - Bu tarixdən bahalaşma olacaq
Sürücüsüz idarə olunan avtomobillər üçün yeni qaydalar hazırlanır - VİDEO
21:31 17.06.2026
Sürücüsüz idarə olunan avtomobillər üçün yeni qaydalar hazırlanır - VİDEO
Ziyan yarım milyon manata yaxın olub... - İlk dəfə
21:28 17.06.2026
Ziyan yarım milyon manata yaxın olub... - İlk dəfə
Gələn həftə üç gün ardıcıl İŞ OLMAYACAQ
21:18 17.06.2026
Gələn həftə üç gün ardıcıl İŞ OLMAYACAQ
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı təqsirləndirilənlərdən biri barədə qərar verildi
21:12 17.06.2026
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı təqsirləndirilənlərdən biri barədə qərar verildi
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
20:57 17.06.2026
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Bu ərazidə qaz olmayacaq
20:54 17.06.2026
Bu ərazidə qaz olmayacaq
Bakıkartdan ödənişlərdə yaranan problemlə bağlı AÇIQLAMA
20:42 17.06.2026
Bakıkartdan ödənişlərdə yaranan problemlə bağlı AÇIQLAMA
Direktordan sonra müavini də işdən çıxdı
20:40 17.06.2026
Direktordan sonra müavini də işdən çıxdı
Yasamaldakı yanğınla bağlı məhkəmə başladı - "Övladımın ölümünə səbəb olanlar ağır cəzalandırılmalıdır"
20:34 17.06.2026
Yasamaldakı yanğınla bağlı məhkəmə başladı - "Övladımın ölümünə səbəb olanlar ağır cəzalandırılmalıdır"
Bruno Lanqa “Qarabağ”da
20:23 17.06.2026
Bruno Lanqa “Qarabağ”da
II və III qruplar üzrə qəbul imtahanının nəticələri açıqlandı - Ən yüksək balı onlar topladı
20:12 17.06.2026
II və III qruplar üzrə qəbul imtahanının nəticələri açıqlandı - Ən yüksək balı onlar topladı
ADSEA-dan su ehtiyatları ilə bağlı vacib XƏBƏRDARLIQ
20:05 17.06.2026
ADSEA-dan su ehtiyatları ilə bağlı vacib XƏBƏRDARLIQ
Dələduzluq piramidasının admini olan şəxsə cəza istənilib
19:39 17.06.2026
Dələduzluq piramidasının admini olan şəxsə cəza istənilib
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
19:26 17.06.2026
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
İsrail Qəzzada HƏMAS və "İslam cihadı" komandirlərinin öldürüldüyünü açıqladı
19:15 17.06.2026
İsrail Qəzzada HƏMAS və "İslam cihadı" komandirlərinin öldürüldüyünü açıqladı