xari

Kirayədə yaşayan prokurorluq işçilərinə ailə tərkibinə görə əlavə pul ödəniləcək

SOSİAL
20:25 21.01.2021
199
Azərbaycanda kirayə mənzildə yaşayan prokurorluq işçilərinə onun hər bir ailə üzvünə görə müvafiq kompensasiyaların 50 faizi məbləğində əlavə pul kompensasiyası ödəniləcək.

AZXEBER.COM xəbər verir ki, Nazirlər Kabinetinin "Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”da müvafiq dəyişiklik edilib.

Dəşikikliyə görə, bunun üçün prokurorluq işçisinin ailə üzvlərinin şəxsiyyət vəsiqəsi, 16 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələri və ailə üzvlərinə aid olması barədə digər sənədlərin notariat qaydasında təsdiqlənmiş surəti təqdim edilməlidir. Eyni zamanda prokurorluq işçisi ailə tərkibində dəyişiklik baş verdikdə bu barədə rəhbərliyə məruzə etməli və pul kompensasiyasının verilməsi ilə bağlı müvafiq sənədlər gətirməlidir.

OXŞAR XƏBƏRLƏR