"Kişi bir az meymundan fərqli olsa bəsdir" - Səməd Səmədov

"Kişi bir az meymundan fərqli olsa bəsdir" - Səməd Səmədov
MAQAZİN
13:34 26.04.2019
5850
Xalq artisti Səməd Səmədov botoks etdirən kişi məşhurlara söz atıb.
 
Müğənni "5/5" verilişində qonaq olan zaman bildirib ki, ona da dəfələrlə botoks təklif edilib:

"Saçlarımı bir dəfə əkdirdim. Boya da qoyuram saçlarıma. Burada nə var ki? Tamaşaçının qabağına formada çıxmalıyıq. Botoks etdirənlər də var. Biz də bilirik onlar kimlərdir. O saat bilinir. 

Mənə dəfələrlə deyirlər ki, gedək həkimə, gözünün altına əməliyyat etdirək. Deyirəm ki, kişi bir az meymundan fərqli olsa bəsdir".
 
///Axşam.az
 

OXŞAR XƏBƏRLƏR