21:46 şənbə, 24 Fevral 2018
DÜNYA

Kiyev şəhərində Azərbaycan mədəniyyəti təqdim edilib

14:29, 08.05.2017289
Kiyev şəhərində Azərbaycan mədəniyyəti təqdim edilib

 

Ukraynanın Kiyev şəhərində yerləşən Personalın İdarə edilməsi üzrə Beynəlxalq Akademiyada(MAUP) Beynəlxalq Tələbə Günü keçirilib. Bir çox ölkələrin tələbələrinin öz mədəniyyətlərini təqdim etdiyi gündə Azərbaycanlı tələbələr də milli mədəniyyətimizi və mətbəximizi təqdim ediblər. Bu barədə məlumat verən azərbaycanlı tələbələrin təmsilçisi Samir Şahbazov deyib ki, Azərbaycan stendində ölkəmizin milli çalğı alətləri, xalça nümunələri, Dağlıq Qarabağın mədəniyyəti ilə bağlı kitablar və milli mətbəximizdən nümunələr təqdim olunub. Azərbaycan stendini Akademiyanın rəhbərliyi və xarici tələbələr ziyarət edərək, yüksək qiymət verib.

Qeyd edək ki, tədbirdə "İslahatçı Gənclər” İctimai Birliyi dəstək verib. Azərbaycan stendində "Tovuz Baltiya” MMC-nin istehsalı olan milli içkilər, "Astaraçay” MMC və "Xurcun” şirkətinin milli çay və şirniyyatları təqdim olunub.

//Editor.az

0
XƏBƏR LENTİ