15:36 Cümə Axşamı, 20 Sentyabr 2018
MƏDƏNİYYƏT

Könül Xasıyevanın səhhəti yenidən pisləşdi

13:43, 20.12.20173802
Könül Xasıyevanın səhhəti yenidən pisləşdi
Xalq artisti, tanınmış xanəndə Könül Xasıyevanın səhhəti yenidən pisləşib. O, yaxın günlərdə xəstəxanaya yerləşdiriləcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə azvision.az-a Xalq artisti özü məlumat verib. O, vəziyyətinin yaxşı olmadığını deyib.

"Bir müddət ağrılarım səngimişdi. Ayaqlarımda və belimdə yenidən ağrılar baş qaldırıb. Ağrılar o qədər şiddətlənib ki, evdə qala bilmirəm, xəstəxanaya yerləşdiriləcəyəm".

Xalq artisti maddi durumunun da yaxşı olmadığını söyləyib: "İşləmirəm, gəlirim yoxdur. Məni bütün hallarda sağlamlığım maraqlandırır. Qalanları boş şeydir. İndi bacılarım yanımda qalır. Onlar mənə qulluq edirlər”.

Qeyd edək ki, xanəndə uzun müddətdir onurğa iflicindən əziyyət çəkir.
XƏBƏR LENTİ