01:13 Cümə, 15 Noyabr 2019
Maqazin

Könülün 32 yaş kiçik sevgilisi: "Qısqananlar ölsün"

16:42, 07.11.20195999
Könülün 32 yaş kiçik sevgilisi:
"2.Sayfa" proqramına qonaq olan müğənni Könül Yazar və özündən 32 yaş kiçik olan sevgilisi Rüzgar Mağden maraqlı açıqlamalar verib.

Sevgilisinə olan eşqindən bəhs edib. Yazar "Çox varlı adamlardan evlənmə təklifləri aldım. Heç birini bəyənmədim. 22 ildə tək Rüzgarı bəyəndim. Saatlarla bir-birimizə baxıb, otururuq. Rüzgarın keçmiş sevgilisi qızımın çox yaxın rəfiqəsidir. Rüzgarın keçmiş arvadı ilə də aramızda yaxşı münasibət var, məni sevir" sözlərini deyib.

Rüzgar isə suallara "İnsanların Könülə olan sevgimə inanıb-inanmamağı vecimə deyil. Mən Könülə dərman kimiyəm. İnsanlar yalnızlıqdan pis hala düşür, qısqanclıqdan bizi müzakirə edirlər. Aramızda maddi paylaşmalar yoxdur. Könül mənə maddi köməklik etmək istəsə də, razılaşmadım. Onu öz filmimə də çəkmərəm. Bundan əvvəl bir dəfə ailəli olmuşam, ata olmaq istəmirəm. Maddiyata görə evləndiyimizi düşünənlərə "Ölün" deyirəm" cavabını verib.
 
///Axşam.az
XƏBƏR LENTİ