01:08 Cümə, 22 Noyabr 2019
Maqazin

Könülün ən bərbad şəkli - "Qəsdən yayırlar"

16:39, 17.05.20193203
Könülün ən bərbad şəkli -
Əməkdar artist Könül Kərimova mediada yayılan keçmiş şəkillərindən danışıb.

Müğənni "Şou news"a açıqlamasında bildirib ki, həmin fotoları onu sevməyən sənət dostları qəsdən yayıb:

 

"İnstaqramda çoxlu səhifələr var, təkrar-təkrar eyni fotolarımı paylaşırlar. Bunu qəsdən edirlər. Səhhətimdə problem olub, təsəvvür edin, çəkim 42-yə heç çatmırdı. Həmin çəkidə olan insan necə görünə bilər? Gözəl görünə bilməz axı. 1983-cü ildə çəkilən foto idi.

O vaxt hər şeyi çox içimə salırdım... Günlərlə-həftələrlə çörək yemirdim. Eləcə arıqlamışdım. Bir müddət oldu və keçdi. Heç özümdə o fotolar yoxdur. Daha sonra video şəklində həmin görüntümü yaydılar.

Qəsdən videodan bərbad vəziyyətdə olan hissəni çıxarırlar. Gözəllikdə çirkinlik axtarırlar. Bundan nə qədər zövq alırlar".


XƏBƏR LENTİ