04:28 Cümə, 21 Sentyabr 2018
KRİMİNAL

Kolbasa kütləvi ölümə səbəb oldu

20:44, 09.03.20182277
Kolbasa kütləvi ölümə səbəb oldu

Cənubi Afrika Respublikasında 200-ə yaxın insanın həyatına son qoymuş listeriozun sürətlə yayılması hisə verilmiş kolbasalarla əlaqəli olub.

Bu barədə "Rospotrebnadzor”un saytında məlumat yayılıb.

Xəstəlik nəticəsində 2017-ci ilin yanvar ayından bəri 180 nəfər ölüb. Bu ümumilikdə listerioza tutulanların 27 faizini təşkil edir.

"CAR-ın Milli infeksion xəstəliklər institutu tərəfindən aparılan qan müayinəsi zamanı xəstələrin 91 faizinin qan nümunələrində listerioz törədicisi – "ST6” ştamı aşkarlanıb. Eyni ştam müxtəlif yerlərdə satılan tüstüdə qurudulmuş ət kolbasalarından götürülmüş nümunələrdə üzə çıxıb” deyə məlumatda qeyd olunur.  

Tədqiqatlar onu göstərib ki, listerioza  tutulmuş bütün xəstələr Polokveyn şəhərində yerləşən "Enterprise Food” və "RCL Foods” müəssisələrində istehsal olunub. Məhsullar artıq mağazaların piştaxtalarından kənarlaşdırılıb.  

Listerioz  "Listeri monocytogenes” bakteriyasının səbəb olduğu bakterial infeksiyadır. Listeriya mərkəzi sinir sistemini zədələyir, ağır hallarda meninqit və ensefalitə yol aça bilir.

oxu.az

XƏBƏR LENTİ