“Kontakt Home”un daha bir dələduz əməli ifşa olundu - FOTO

17 Noyabr 2017, 15:42
AAA
"Kontakt Home” mağazalar şəbəkəsi  ilə bağlı daha bir narazılıq yaranıb.

AZXEBER.COM xəbər verir ki, Sumqayıt şəhər sakini Anar Nağıyev BakuPost.az-a müraciət edərək bildirib ki, şirkətin servis xidmətinə salamat verdiyi telefonunu ona qırıb qaytarıblar. Şikayətçi iddia edir ki, servis xidməti ondan xəbərsiz yeni akt tərtib edib, əvəzinə imza atıblar. 

"Bu ilin aprel ayında "Kontakt Home”un Sumqayıt filialından kreditlə "Hoffman” telefonu aldım. Alan gündən xarab çıxdı, normal işləmədi. Şəbəkəsi tez-tez itirdi. İyulun 10-da servisə verdim, akt tərtib olundu. Aktda qeyd olunur ki, telefonun göndərilmə səbəbi şəbəkənin tez-tez itməsidir. Telefonun xarici görünüşü ilə bağlı da sadəcə "korpusda rənggetmələr var” yazılıb. 

Bir müddət sonra getdim telefonumu götürməyə, gördüm ki, sınıq-sınıqdır. Dedim ki, mən sizə belə telefon verməmişəm axı, özü də sizin verdiyiniz aktda da qeyd olunub hamısı. Mənə verdikləri cavabdan şoka düşdüm. Dedilər ki, ayın 20-də yenidən akt tərtib etmişik. Sənə verilən sənəd qüvvədən düşüb. Deməli, mən verəndən sonra telefonu qırıblar, ona görə də mənə verilən aktı qüvvədən salmaq üçün mənim xəbərim olmadan yenisini tərtib ediblər”, - deyə A. Nağıyev vurğulayıb. 

Şikayətçinin sözlərinə görə, o, "Kontakt Home”un "Qaynar xətt”inə də müraciət edib. "Qaynar xətt”in əməkdaşları A. Nağıyevə bildirib ki, əgər belə bir hal təsdiqini taparsa, o, yeni telefonla təmin olunacaq. Lakin sonradan qeyd olunub ki, telefon verilməyəcək və şikayətçi problemini mağaza ilə həll etməlidir. 

Məsələ ilə bağlı "Kontakt Home”un mövqeyini öyrənmək istəsək də, bizimlə əlaqə saxlanılacağı, bununla bağlı açıqlama veriləcəyi bildirildi, lakin 2 gün keçməsinə baxmayaraq heç bir açıqlama verilmədi.

Yazı yayıma hazırlanan vaxt, öyrəndik ki, şirkətdən şikayətçiyə zəng edərək, ona yeni telefon veriləcəyi bildirilib. 

Qeyd edək ki, sözügedən mağazalar şəbəkəsi ilə bağlı şikayətlər demək  olar ki, hər gün müzakirə mövzusuna çevrilir. Xarab telefonların satılmasından tutmuş, servis xidmətinin demək olar ki, göstərilməməsi, müştərilərin aldadılmasına kimi hər növ dələduzluq əməli törədilir. Ən ciddi məsələ isə məhkəmə qərarı olmadan kreditlə satılan telefonların İMEİ kodlarının bağlanmasıdır. Şirkət səlahiyyətində olmayan, əslində cinayəət hesab olunan bu əməli ilə yüzlərlə vətəndaşa problemlər yaradır. Bu məsələlər dəfələrlə mətbuatın gündənminə çıxarılsa da, təəssüf ki, hələ bir ölçü götürülməyib.
 


Oxunma sayı : 20193

SON XƏBƏRLƏR
Röya “Altın Kelebek” aldı - Video - 11 Dekabr 2017, 11:31
60 yaşlı kişi diri-diri yandı - Azərbaycanda dəhşətli hadisə - 11 Dekabr 2017, 11:14
Qənirə Paşayeva İraqda Qarabağ həqiqətlərindən danışıb - 11 Dekabr 2017, 10:52
Ramil Səfərovə yeni rütbə verildi - FOTO - 11 Dekabr 2017, 10:44
Bakı-Quba yolunda avtobus qəzaya uğradı: Yaralılar var - 11 Dekabr 2017, 10:42
Siyəzəndə sürüşmə: 50 evdə çat əmələ gəlib - 11 Dekabr 2017, 10:17
18 yaşlı qız sevgilisi ilə cinsi əlaqə zamanı canlı yayım etdi: 3 dəqiqə davam etdi - FOTO - 11 Dekabr 2017, 10:13
MTN generalı apellyasiya şikayəti verdi - 11 Dekabr 2017, 10:02
Bacısının ərini və qayınatasını güllələdi - Bakıda kriminal - 11 Dekabr 2017, 09:54
Ən qədim budda məbədi alovlandı - VİDEO - 11 Dekabr 2017, 09:52
“Mən Natavanı məcbur elədim...” - Dado yenə danışdı - 11 Dekabr 2017, 09:47
Azərbaycanlı təyyarənin yük yerində Almaniyaya qaçdı - Foto - 11 Dekabr 2017, 09:42
İlhamə Quliyevanın oğlu sərbəst buraxıldı: Məsuliyyətsizlik etdim - 11 Dekabr 2017, 09:37
Manatın bu günə olan məzənnəsi - RƏSMİ - 11 Dekabr 2017, 09:28
Bakı metrosunda gənc özünü qatarın altına atdı - 11 Dekabr 2017, 09:19
Almaniyada Yeni il ağacı adamların üstünə aşdı - 11 Dekabr 2017, 09:06
Daha bir serial sevişmə səhnələrinə görə cəzalandırıldı - 10 Dekabr 2017, 21:22
Ələkbərovun səhmləri müsadirə olunacaq - 10 Dekabr 2017, 20:49
Səidə Natavanla Dadonun boşanmasından danışdı: "Hər şeyi olduğu kimi deyəcəm" - 10 Dekabr 2017, 20:30
Bakıda ağır qəza: Avtomobil iki yerə bölündü – FOTO - 10 Dekabr 2017, 19:59
“İsrail işğalçı bir terror dövlətidir” — Ərdoğan - 10 Dekabr 2017, 19:32
Nazim İbrahimovun qızı nişanlandı - Fotolar - 10 Dekabr 2017, 13:58
Azərbaycanda dəhşətli qəzada ölənlərin ikisi həkim imiş - Adlar - 10 Dekabr 2017, 12:30
Xocalıda 4 yaşında əsir düşən Mehdi evləndi - Foto - 10 Dekabr 2017, 12:23
Rövşanə radioaparıcılarını tənqid etdi: "Bir az kişi səsi ilə danışın" - 10 Dekabr 2017, 11:54
Araz Abdullayev gözəl qolla Kipr klubuna qələbə qazandırdı - VİDEO - 10 Dekabr 2017, 11:30
61 yaşlı qadın faciəvi şəkildə öldü - 10 Dekabr 2017, 11:28
Bakı metrosunda tanınmış rejissorun halı pisləşdi - Reanimasiyaya yerləşdirilib - 10 Dekabr 2017, 10:33
“Eurovision-2017”-nin qalibinə ürək köçürüldü - 10 Dekabr 2017, 10:19
London polisi Heydar Paşazadənin şərab mağazasını bağladı - 09 Dekabr 2017, 22:49
“Tramp dodaqlarımdan öpmək istədi” - Məşhur aparıcı sirri açdı - 09 Dekabr 2017, 22:23
Azadlıq prospektində tıxaca səbəb olan 2800-dən çox sürücü cərimələnib - FOTO - 09 Dekabr 2017, 21:58
Şəkidə toydan gələn hərbçilər yol qəzasına düşüb: Ölənlər var - 09 Dekabr 2017, 21:37
"Hər yerim orijinaldır" deyən Hadisənin yalanı üzə çıxdı - 09 Dekabr 2017, 21:15
Qurban Qurbanov mükafatına qovuşdu - Fotolar - 09 Dekabr 2017, 20:49
Natavanla Dado barışıb? - 09 Dekabr 2017, 20:19
Bakıda tikilməkdə olan bina uçub - FOTO - 09 Dekabr 2017, 20:06
“Bakı Metropoliteni”ndə ixtisarlar başladı - İşçilər etiraz edir - 09 Dekabr 2017, 19:51
"Gənclik Mall"un icraçı direktoru ziyarətçiləri hədələdi - FOTOLAR - 09 Dekabr 2017, 18:13
Aygünün ərə getdiyi şəxsin kimliyi açıqlandı: 150 minlik orkestr gəlir - 09 Dekabr 2017, 14:49
İlhamə Quliyevanın oğlunun həbsi təsdiqləndi - RƏSMİ - 09 Dekabr 2017, 12:35
Prezidentin icra başçılarına verdiyi vaxt bitir - Kimlər vəzifədən gedəcək? - 09 Dekabr 2017, 12:32
Bakıda özünü binadan atan qız tələbə imiş - FOTO - 09 Dekabr 2017, 11:26
“Buta Airways”-dən şikayətlər çoxalır — Şirkətdən unikal cavab - 09 Dekabr 2017, 11:14
İlhamə Quliyevanın gəlini ərinin həbs xəbərindən danışdı - 09 Dekabr 2017, 11:07
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10