04:05 çərşənbə Axşamı, 21 Avqust 2018
İDMAN

Konte: ""Qarabağ" son 2 oyunda əla çıxış edib"

14:13, 21.11.2017385
Konte:

"Çelsi"nin baş məşqçisi Antonio Konte İngiltərə mətbuatına "Qarabağ"la oyundan danışıb.

İtaliyalı mütəxəssis matçın çətin keçəcəyini bildirib.  Konte Ağdam klubu üzərində qələbənin onların növbəti mərhələyə keçməsi üçün ən böyük şans olduğunu deyib:

"Qarabağ" üzərində qələbə qazansaq, bu möhtəşəm olacaq. Həm də bu qalibiyyət bizi növbəti mərhələyə daşıyacaq. Amma Azərbaycan klubu üzərində qələbə çox çətin başa gələcək. Çünki onlar son iki oyunda əla çıxış ediblər. "Atletiko" ilə 2 heç-heçə bunun sübutudur. Həmçinin "Roma" "Qarabağ"a çox çətinliklə qalib gəldi. Çox çalışmalıyıq".

 

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu 22 noyabr saat 21:00-da başlayacaq. 


///goal.az
XƏBƏR LENTİ