Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vaksinasiya ilə bağlı suallara aydınlıq gətirib.
Peyvəndləmə ilə bağlı suallara cavabı təqdim edirik:
- Peyvəndləmə məcburi olacaqmı?
- Koronavirusa qarşı peyvəndləmə könüllü olacaq.
- Synovac vaksininin qiyməti neçəyədir? Vaksinlər hansı mənbə hesabına alınacaq?
- İstahsalçı şirkət tərəfindən ölkələrə vaksinin satılma qiymətinin konfidensial saxlanması şərti ikitərəfli müqavilədə öz əksini tapmışdır. Yalnız bunu qeyd edə bilərik ki, Azərbaycan və Türkiyə vaksinləri eyni qiymətə əldə edib. Vaksinlər Koronavirusla Mübarizə Fonduna toplanmış vəsaitlər hesabına alınacaqdır.
- Peyvənd vurularkən qeydiyyat, yoxsa yaşayış yeri nəzərə alınacaq?
- Peyvənd olunmaq istəyən vətəndaşların istifadəsində elektron qəbula yazılmaq üçün (randevu) sistemi olacaq. Bu sistem vasitəsilə onlar peyvənd olunmaq üçün yaşayış yerlərinə ən yaxın tibb məntəqəsini və uyğun saatı seçmək imkanı əldə edəcəklər.