Koronavirusa yoluxanların sayı 913 nəfərə çatdı

Koronavirusa yoluxanların sayı 913 nəfərə çatdı
DÜNYA
21:52 24.01.2020
5572
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 913 nəfərə çatıb.
 
Bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Bildirilib ki, virusa yoluxanlardan 897-si Çində qeydə alınıb. Onlardan 26 nəfəri dünyasını dəyişib.

Virusa ən çox yoluxma, eləcə də ölüm halları Xubey vilayətində (549 nəfər yoluxma, 24 ölüm halı) baş verib.

Xatırladaq ki, Çinin materik hissəsindən başqa, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, xaricdə isə Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ-da da virusa yoluxma halları təsdiqlənib.
 
///Azvision.az
OXŞAR XƏBƏRLƏR