BAKU AZƏRBAYCAN
12°C
euro 1.8595
dollar 1.7000
rubl 0.0229
lirə 0.2543

Koronavirusa yoluxmaq istəmirsizsə, bunları edin

Koronavirusa yoluxmaq istəmirsizsə, bunları edin
SAĞLAMLIQ
13:54 27.02.2020
2306

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, son zamanlar Çin Xalq Respublikasının ərazisində meydana gələn COVID-19 virusudünyanın bir sıra ölkələrinə yayılmaqdadır.

 

Azxeber.com xəbər verir ki, ilk yoluxan insanlara xəstəliyin birbaşa heyvan mənşəli qidalardan keçdiyi müəyyən olunmuşdur. Xəstəliyin törətdiyi virusun heyvan mənşəli məhsullar vasitəsi ilə yayılma ehtimalı nəzərə alınaraq vətəndaşların qida məhsulları ilə davranışı, bişirmə (56 °Cvə ya daha yuxarı temperaturda bişirmək, yaxud termik emaldan keçirmək) və saxlanma zamanı qida təhlükəsizliyi tələblərinə ciddi şəkildə əməl etmələri vacibdir.

Qidalanma zamanı nələrə diqqət etməli?

Orqanizmin sağlam fəaliyyəti və xəstəliklərə qarşı müqavimətini artırmaq üçün immunitetin güclü olması çox vacibdir. İmmunitetin güclü olması üçün müxtəlif vitamin və mikroelementlərə ehtiyac var. Bura A, C, D, E və B qrup vitaminləri (B2, B6, B12), fol turşusu, dəmir və sink daxildir. A vitamini: treska balığı, yumurta, sarı və narıncı meyvə - tərəvəzlərdə, brokoli, ispanaq, tünd yaşıl və lifli tərəvəzlərdə, C vitamini: sitrus meyvələrdə, yaşıl və qırmızı bibər, qaraqarağat, kivi, çiyələk, brokoli, cəfəri, ananas, brüssel kələmi, gül kələm, manqo, noxudvəpomidorda, D vitamini: tuna və qızıl balıq kimi yağlı balıqlarda, mal qaraciyəri, pendir, yumurta sarısı, bəzi göbələklərdə, E vitamini: bitki yağları (günəbaxan, zəfəran, qarğıdalı və soya yağlarında), badam, fıstıq, günəbaxan toxumları, ispanaq və brokoli kimi yaşıl yarpaqlı tərəvəzlərdə, B qrup vitaminlərindən B6 vitamini: tuna balığı, qızıl balıq, banan, paxlalılar, mal əti, gərzəkli meyvələr, quş əti, taxıl və noxudda, B12 vitamini: qaraciyər, az yağlı süd, toyuğun döş əti, yumurta, mal əti, tuna balığı, qızıl balıq, ala balıqda mövcuddur.

Sadalanan bu qida məhsullarının qəbulu ilə yanaşı, gündəlik qidalanma və həyat tərzi vərdişlərində immun sistemini zəiflədən bir sıra amillərdən qaçınmaqla da orqanizmimizi təhlükələrdən qoruya bilərik. Həmin amillər: xroniki xəstəliklər, yuxusuzluq, şəkərdən həddindən artıq istifadə, xroniki stress, balanslaşdırılmamış qidalanma, iltihabi xəstəliklər, az hərəkətli həyat tərzi, artıq çəki, siqaret, spirtli içki faktorlarıdır.

Qida yolu ilə yoluxan xəstəliklərin qarşısını necə almalı?

İstehlak etdiyimiz qida ilə davranma, bişirmə və saxlanma zamanı qida təhlükəsizliyi tələblərinə əməl olunması çox vacibdir. Xəstəliyə səbəb ola biləcək zərərli bakteriyaları biz görə bilmirik. Unutmaq olmaz ki, istənilən qida məhsulu özü ilə mikroorqanizmləri daşıya bilir.Qidaları hazırlayarkən, bişirərkən xüsusiləçiy əti hazırlayarkənəllər, istifadə olunan qablar və qida hazırlanan səthlər tez-tez yuyulmalıdr. Meyvə və tərəvəzlər xüsusi həssaslıqla təmizlənməlidir. Qidalar lazımi temperaturda bişirilməli və saxlanmalıdır. Bişirildikdən sonra isə otaq şəraitində saxlanmamalı, dərhal soyudulmalıdır. Çarpaz çirklənməyə yol verilməməlidir. Məsələn, ət və göyərti yanaşı qoyulmamalıdır.Mətbəx mütəmadi olaraq təmizlənməli və dezinfeksiya edilməlidir.

 

 

Alış-veriş zamanı nələrə diqqət etməli?

1. Qida məhsullarının alış-verişi zamanı qida təhlükəsizliyi tələblərinə əməl olunması üçün əvvəlcə tez xarab olmayan məhsulları seçmək və onları yerləşdirdikdən sonra soyudulmuş və ya dondurulmuş qida məhsullarını almaq lazımdır.

2. Qablaşdırılması pozulmuş ət və ya quş əti məhsullarını seçmək tövsiyə olunmur.

3. İstifadə müddəti bitmiş qida məhsullarını almaq və ya istehlak etmək yolverilməzdir.

 

Qida məhsullarını necə saxlamalı?

Tez xarab olan qida məhsulları 2 saat ərzində, temperatur 32 ºC-dən yuxarı olduqda isə 1 saat ərzində soyudulmalıdır. Soyuducu 4.4 ºC-də və ya daha aşağı, dondurucu isə -17.7 ºC-də və ya daha aşağı temperaturda olmalıdır.

Təzə quş əti, balıq, çəkilmiş ət 2 gün ərzində bişirilməli və ya dondurmalı, dana, quzu əti isə3-5 gün ərzində bişirilməli və ya dondurmalıdır. Tez xarab olan qida məhsullarının, məsələn, ət və quş ətinin keyfiyyətinı qorumaq, həm də onların şirələrinin digər qida məhsullarına keçməməsi üçün onlar etibarlı şəkildə qablaşdırılmalıdır.

Konservləşdirilmiş qidalar donma temperaturuna və ya yüksək temperaturlara məruz qalmamalıdır. Bükülmüş, paslanmış və ya şişmiş konserv qabları dərhal atılmalıdır.

AQTA yoluxucu xəstəliklərdən qorunmaq və onların yayılmasının qarşısını almaq üçün vətəndaşları qida təhlükəsizliyi tələblərinə ciddi şəkildə əməl etməyə, eyni zamanda bu cür xəstəliklərlə bağlıyalnız rəsmi orqanların məlumatlarına etibar etməyəçağırır.

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:55 10.04.2020

İlham Əliyev: "Azərbaycanda testlərin aparılması üçün 5 yeni laboratoriya yaradılıb”

16:48 10.04.2020

“Azərbaycan koronavirusun qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıb”

16:40 10.04.2020

Bakıda ictimai nəqliyyatla bağlı məhdudiyyətlər tətbiq edilə bilər

16:25 10.04.2020

"Hər birinizi donor olaraq həyat xilas etməyə səsləyirəm!" - Millət vəkilindən çağırış

16:13 10.04.2020

Karantin qaydalarını pozan Milli Məclis əməkdaşı işdən çıxarıldı

16:00 10.04.2020

Ermənistan koronavirusun yayılmasının nəzarətdən çıxdığını açıqladı

15:28 10.04.2020

Məşhur müğənninin atası koronavirusa yoluxdu

15:13 10.04.2020

Daha 4 rayon üzrə pensiyalar hesablara köçürüldü

15:06 10.04.2020

Emin Hacıyev: Xalq-iqtidar birliyi Azərbaycanın sabitliyinin, inkişafının qarantıdır

14:43 10.04.2020

Sahibkarların müraciətlərinin asanlaşdırılması məqsədilə videotəlimatlar hazırlanıb

14:41 10.04.2020

KOBİA və “Rahat” supermarketlər şəbəkəsindən birgə sosial təşəbbüs​ - VİDEO

14:20 10.04.2020

Bu SMS-dən sonra 190 manatı ala bilərsiz

13:54 10.04.2020

Marneulidə daha bir nəfərdə koronavirus təsdiqləndi

13:53 10.04.2020

Azercell-dən sosial izolyasiya tədbirlərinə növbəti töhfə!

13:34 10.04.2020

Şənbə gününün havası açıqlandı

13:31 10.04.2020

Evdən çıxmadan yeni "Nar" abunəçisi ol!