15:46 Bazar Günü, 26 Yanvar 2020
İDMAN

Krasson: "Sabahkı matç daha çox "Qarabağ" üçün əhəmiyyətlidir"

22:31, 11.12.20193229
Krasson:
"İstəyirik ki, tətilə çıxmazdan öncə yaxşı nəticə qazanaq. Bizim üçün matçın əhəmiyyəti azdır. Daha çox "Qarabağ" üçün əhəmiyyətlidir".

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu fikirləri Lüksemburqun "Düdelanj" komandasının baş məşqçisi Bertran Krasson Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda "Qarabağ"la qarşılaşmadan öncə mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, Ağdam təmsilçisi ilə son oyun faciəvi idi: "Evdəki matç müəyyən səbəblərə görə dayandı və qırmızı vərəqə də aldıq. Sabah məqsədimiz bu səhvləri təkrarlamamaqdır. Elə oyun keçirmək istəyirik ki, Lüksemburqdakı matçı unutduraq".

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüş saat 21:55-də start götürəcək.

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ