16:23 Bazar Günü, 24 Iyun 2018
TOP4

“Kredit faizləri çox yüksəkdir” - Elman Rüstəmov

10:48, 14.06.20184476
“Kredit faizləri çox yüksəkdir” - Elman Rüstəmov
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov brifinq keçirib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, 2018-ci ilin ötən dövrü ilə bağlı durumu və ilin sonuna olan proqnozlardan danışıb.

O bildirib ki, 2018-ci ilin sonuna olan proqnoza görə, iqtisadiyyatın inkişafı davam edəcək: "Monetar şəraitin yumşaldılması haqqında qərar qəbul etmişik. 

Pul bazasına artıcı təsir göstərən əməliyyatlar keçirmişik. 

Əmanətlərin dollarlaşması azalıb. İnflyasiya risklərini nəzərə almaqla faiz dəhlizi parametlərinə dair avqust ayında qərarlar verəcəyik.

Kredit faizləri ilə bağlı situasiya mürəkkəbdir, bu faiz dərəcləri bütövlükdə çox yüksəkdir. Bunun səbəbini təkcə makroiqtisadi səbəblərdə yox, digər amillərdə axtarmaq lazımdır. Bir səbəb də budur ki, kreditlərə tələbat böyükdür. Həmçinin bankların risklərini də nəzərə almaq lazımdır. Bu risklərin yumşaldılması istiqamətində addımlar atmalıyıq. Yaxın gələcəkdə kredit faizlərinin aşağı salınması, bazar tərəfindən təklif edilən ipoteka faizlərin bir dərəcədə olmasını görəcəyik. Amma bunun üçün çoxlu işlər görməliyik”.
XƏBƏR LENTİ