04:15 Bazar Ertəsi, 26 Avqust 2019
SOSİAL

Kürəkəninin zorladığı qadın şikayətini geri götürdü - Qızının ailəsini dağıtmaq istəmir

14:15, 18.07.201910843
Kürəkəninin zorladığı qadın şikayətini geri götürdü - Qızının ailəsini dağıtmaq istəmir
Bir neçə gün əvvəl Quba rayonunun kəndlərinin birində kürəkəni tərəfindən zorlanan qadın şikayətini geri götürüb.

1966-cı il təvəllüdlü Tahirə Qasımova (ad və soyadlar şərtidir - red.) hadisədən sonra hüquq mühafizə orqanlarına etdiyi şikayətini sonradan geri çəkib.

Buna səbəb kimi isə qızının ailəsi dağılmasından qorxduğunu göstərib.

Məlumata görə, qadının şikayəti əsasında Cinayət Məcəlləsinin zorlama (149-cu) maddəsi ilə cinayət işi açılıb. Hadisəni törədən şəxs saxlanılıb. Quba rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib.

T.Qasımova bildirib ki, bu, kürəkəninin ilk belə çirkin əməli deyil. 34 yaşlı kişi bundan öncə də ona qarşı seksual xarakterli hərəkətlər etmək istəyib. 

Faktla bağlı araşdırma aparılır.
 
///Oxu.Az
XƏBƏR LENTİ