02:30 Bazar Günü, 18 Avqust 2019
SAĞLAMLIQ

‘Kurtlar Vadisi Pusu’ serialı azərbaycanlıların ən çox müraciət etdiyi bu xəstəxanada çəkilir – FOTOLAR

00:02, 26.11.20136426
‘Kurtlar Vadisi Pusu’ serialı azərbaycanlıların ən çox müraciət etdiyi bu xəstəxanada çəkilir –  FOTOLAR

“Kurtlar Vadisi Pusu” serialının ən çox çəkilişlərinin gerçəkləşdiyi xəstəxana “Emsey Hospital” azərbaycanlı xəstələrin də ən çox müraciət etdiyi sağlamlıq ocaqlarından biridir.

AZXEBER.COM-un məlumatına görə, İstanbulun Pendik bölgəsində yerləşən xəstəxana izlənmə rekordları qıran “Kurtlar Vadisi Pusu” serialının çəkilişlərinin aparıldığı məkan olmaqla yanaşı, azərbaycanlı xəstələrin də ən çox müraciət etdiyi sağlamlıq ocaqlarından biridir.

“Emsey Hospital” Azərbaycan vətəndaşları üçün münasib qiymətə müxtəlif növ xərçəng xəstəliklərinin müalicəsini həyata keçirir.

İstanbul şəhərində yerləşən klinikanın onkologiya şöbəsi xərçəng şişlərinin müəyyənləşdirilməsi və müalicəsində tomoqrafiya, ultrasəs, nucklear rezonans, PET-CT və digər müasir üsullardan istifadə edir. Xəstəxanada ağciyər, prostat, döş, mədə-bağırsaq, baş-boyun, qaraciyər, öd kisəsi, böyrək, tiroid, testis, yumurtalıq xərçəngi müalicə edilir.

Bundan başqa, “Emsey Hospital” xəstələrə xüsusi diqqət göstərməsi ilə də seçilir. Reanimasiyada olanlara əməliyyatdan əvvəl və sonra hər cür xidmət və bərpaedici müalicə tətbiqləri təqdim edilir.

Övladı olmayanları “Emsey Hospital” sevindirəcək...

İllərdi övlad həsrəti ilə yaşayan insanların problemi ən müasir üsullarla, dünyanın ən qabaqcıl Türk həkimlərinin səyi ilə həllini tapır. “Emsey Hospital” Azərbaycan vətəndaşları üçün xüsusi endirim paketini hədiyyə edir.

Qeyd edək ki, “Emsey Hospital”a müayinə üçün gələn insanlar hospitalın əməkdaşları tərəfindən hava limanından qarşılanır və hospitalın içərisində olan otelə yerləşdirilir. Bütün hallarda xəstənin bütün xərclərinin qiymət cədvəli xəstə Türkiyəyə gəlmədən öncə ona verilir. Bu isə xəstənin daha sağlam düşünməsinə şərait yaradır. Eyni zamanda hospitalda Türkiyənin ən güclü professorları çalışır ki, bu da sizin problemlərinizin həllində böyük rol oynayır.

Adres :

Çamlık Mah. Selçuklu Cad. No:22 Pendik İstanbul Türkiye

Tel :

0216 585 37 00

Qaynar xətt:

444 25 99

Faks :

0216 646 00 96

Ümimi məlumat:

[email protected]/* */

www.emseyhospital.com

XƏBƏR LENTİ