19:57 Bazar Günü, 17 Dekabr 2017
SOSİAL

Laçının icra başçısından tragikomik addım: Kürd bayrağını paylaşan məmur yox, başqası qovuldu

15:20, 27.09.201713482
Laçının icra başçısından tragikomik addım:  Kürd bayrağını paylaşan məmur yox, başqası qovuldu
Laçın Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

AZXEBER.COM xəbər verir ki, RİH aparatının baş məsləhətçisi, icra başçısının köməkçisi Məhəmməd Şirin oğlu Şahbazov vəzifəsindən azad edilib.

Həmin vəzifəyə Elşən Vəliqulu oğlu Quliyev təyin edilib. E.Quliyev yeni təyinata qədər RİH-də ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb.
 
Maraqlı olan məqam isə icra başçısı Aqil Nəzərlinin ötən gün İraqda Kürd Muxtariyyətinin müstəqilliyi üçün keçirilən qondarma referendumu dəstəklədiyini açıqlayan və "Kürdüstan"ın fotolarını öz şəxsi profilində paylaşan hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyevlə bağlı ölçü götürməkdən, göz boyamaq üçün başqa bir məmuru vəzifəsindən azad etməsidir. 

Qeyd edək ki, qondarma ölkənin bayrağını paylaşan Fizuli Tanrıverdiye onu işdən çıxarmağa çalışacaqları təqdirdə öz şəxsiyyət vəsiqəsini yandıracağını açıqlamışdı:
 
"Sağ olsun dövlətimiz, sağ olsun rəhbərimiz. Bizə ehtimad göstərib, işləyirik. 5 manat qazanıb balamıza aparırıq. Əgər etimadı doğrultmadımsa, o başqa məsələ. Heç nə deyə bilmərəm. Əgər çıxışmla bağlı məni işdən çıxarsalar, qərar verəcəm. Əgər məni çıxışıma, mövqeyimə görə çıxarsalar, əhsən deyərəm. Fəxr edərəm ki, kürdlüyümə görə məni işdən çıxardılar. Gedərəm pasportu da, hərbi biletimi də yandıraram. Xidmətdə olduğum fəxri fərmanları da yandıraram, ölkəni tərk edərəm".

 

0
XƏBƏR LENTİ