07:04 Bazar Ertəsi, 17 Iyun 2019
SOSİAL

“Laçın”ın sahibinin oğluna hökm oxundu

16:47, 23.05.20194630
“Laçın”ın sahibinin oğluna hökm oxundu
Bu il fevralın 9-da piyadanı vurub öldürməkdə təqsirləndirilən iş adamının oğlu Sunay Vəliyevə hökm oxunub.

AZXEBER.COM-un Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Xətai rayon Məhkəməsinin hökmü ilə S.Vəliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

S.Vəliyev "Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur. O, bahalı maşın kolleksiyalarını sosial şəbəkələrdə yaymaqla tanınıb. Məsud Vəliyev 2015-ci ildə dünyasını dəyişib.

1980-cı il təvəllüdlü S.Vəliyev Zığ yolu küçəsində idarə etdiyi "Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq ölümünə səbəb olub.
XƏBƏR LENTİ