08:35 Bazar Ertəsi, 09 Dekabr 2019
DÜNYA

Ölən səkkiz yaşlı qızın telefonunda intim yazışma aşkarlandı

19:12, 27.11.20199398
Ölən səkkiz yaşlı qızın telefonunda intim yazışma aşkarlandı

Rusiyanın Moskva şəhərində ikinci sinif şagirdi ölüb.

Azyaşlı anası və 13 yaşlı qardaşı ilə birlikdə yaşayırmış.

Anası səkkiz yaşlı məktəblinin smartfonunda bir kişi ilə yazışdığını görüb.

 

Qadının sözlərinə görə, yad kişi qızının telefonuna intim videolar, şəkillər göndərib və uşağın yaşına uyğun olmayan sözlər yazıb.

Eyni zamanda, qızı da kişiyə öz şəkillərini göndərib.

Buna görə ana qızını danlamayıb, sadəcə, onun smartfonunu sadə telefonla dəyişəcəyini deyib.

Bundan sonra məktəbli mətbəxə qaçaraq, qardaşının qulağına həyatla vidalaşacağını pıçıldayıb.

Qardaşı onun sözlərini ciddi qəbul etməyib.

Daha sonra otağına qaçan uşağı ölü vəziyyətdə küçədən tapıblar.

Onun yazışma ilə bağlı cəzadan qorxduğu ehtimal edilir.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

XƏBƏR LENTİ