14:28 Cümə Axşamı, 21 Iyun 2018
MARAQLI

Lənkəran sakini tərsinə işləyən saat düzəltdi - video

20:41, 25.02.2018850
Lənkəran sakini tərsinə işləyən saat düzəltdi - video
Lənkəran sakini əksinə işləyən saat ixtira edib.

AZXEBER.COM ARB TV-yə istinadən xəbər verir ki, Lənkəran sakini Şahin Baxşıyevin düzəltdiyi bu saatın əqrəbləri əksinə işləyir. O, deyir ki saatın mexanizmində bəzi çarxları dəyişib. Bununla da saatın əks istiqamətə işləməsinə nail olub.

Şahin Baxşıyev (saatsaz): "Gördüm ki, nəsə yenilik etmək lazmdır. Düşündüm ki, bir saat yığım əksinə işləsin. Təmir etdim, alındı”.

O, hazırda yeni qol saatı düzəltməklə məşğuldur. Həmin saat da əksinə işləyəcək. Gələcəkdə bu cür saatların sayını çoxaltmaq istəyir.

Şahin Baxşıyev 32 ildir ki, saat təmiri ilə məşğul olur. 
 

XƏBƏR LENTİ