02:42 Bazar Ertəsi, 10 Dekabr 2018
SOSİAL

Lənkəranda hadisə: Polisləri tüfənglə hədələdilər

11:34, 11.10.20183141
Lənkəranda hadisə: Polisləri tüfənglə hədələdilər
Lənkəran rayonunda yerləşən Qızılağac qoruğunda qanunsuz ov edən Masallı rayon sakinləri 28 yaşı Elmir Cəfərov və 31 yaşlı Maqsud Məcidov ərazidə xidmət aparan polis əməkdaşlarına tabesizlik göstərərək onlara ov tüfəngi ilə hədə-qorxu gəliblər.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, görülən tədbirlər nəticəsində həmin şəxslər saxlanılıblar.

Onlardan 2 ədəd ov tüfəngi, 50-yə yaxın patron və qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
XƏBƏR LENTİ