23:00 çərşənbə Axşamı, 18 Sentyabr 2018
KRİMİNAL

Lənkəranda naməlum şəxs tərəfindən döyülən qadın dünyasını dəyişib

22:58, 13.01.2018962
Lənkəranda naməlum şəxs tərəfindən döyülən qadın dünyasını dəyişib
Lənkəran rayonunda qadın və onun qızı döyülüb.
 
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, hadisə rayonun Liman şəhəri ərazisində baş verib. Orada yaşayan 1949-cu il təvəllüdlü Qarayeva Humay müxtəlif bədən xəsarətləri ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bir qədər sonra isə xəstəxanaya bədənində müxtəlif xəsarətlər olan 1972-ci il təvəllüdlü Miriyeva Samirə adlı qadın da gətirilib. S.Miriyevanın Humay Qarayevanın qızı olduğu bildirilib.
 
İlkin məlumata görə, onları naməlum şəxs döyüb. Ana və qızına qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq, anası ilə birgə naməlum şəxs tərəfindən döyülən qadın xəstəxanada dünyasını dəyişib.
 
Faktla bağlı hələ ki, saxlanılan yoxdur.
XƏBƏR LENTİ