Lənkəranskini kim satdı? - Kriminal dünyada yeni SAVAŞ BAŞLAYIR

19 May 2017, 00:50
AAA
Kriminal aləmdə qruplaşmalar arasında yeni münaqişə yetişir.
 
AZXEBER.COM publika.az-a istinadən bildirir ki, münaqişənin dəyirman daşlarına bu dəfə ötən il avqustun 18-də İstanbulda öldürülən krininal avtoritet Rövşən Canıyevin (Rövşən Lənkəranski) ən yaxın silahdaşlarından biri olan "qanuni oğru" Hacı Beyləqanski kimi tanınan Hacıbaba Talıbxanlı düşüb.
 
Lənkəranskinin qətlində şübhəli bilinən beyləqanlı qətldən bir gün sonra saxlanılmışdı. Lakin günahını sübuta yetirəcək dəlillər olmadığı üçün azad edilən Talıbxanlı hazırda Türkiyədə yaşayır. Agentliyin yazdığına görə, cinayətkar qrupların ümumi Avropa kassasının nəzarətçisi, Şeyx Həmzət kimi tanınan 42 yaşlı çeçen "qanuni oğru" Həmzət Qastəmirov bu günlərdə Beyləqanskini cavab verməyə çağırıb. Qastəmirovun özü Almaniyada yaşayır və öz kriminal tituluna baxmayaraq, qanunlarla heç bir problemi yoxdur. O, hüquq-mühafizə strukturları tərəfindən heç bir təhlükə gözləmədən sərbəst şəkildə hərəkət edə və istədiyi yerə gedə bilir. Talıbxanlının izahat üçün çağırılmasına gəlincə, o, Şeyx Həmzətin "qardaş" adlandırdığı Rövşən Canıyevin düşmənləri ilə çoxdan əlaqə saxlamaqda şübhəli bilinir. Şeyx Həmzət 71 yaşlı "qanuni oğru" Ceceya Valikonun (Valter) iştirakı ilə Beyləqanskiylə telefonla danışaraq, Lənkəranskinin onun yanında öldürüldüyünü, amma onun bir yerinin belə cızılmadığının necə olduğu ilə bağlı izahat tələb edib.
 
Şeyx Həmzət Hacını ittiham edib ki, o dostunun xatirəsinə xəyanət edib və "qanuni oğru"lar Namiq və Nadir Səlifov qardaşlarının tərəfinə keçib. Qeyd edək ki, Nadir Səlifov (Lotu Quli) hazırda Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir. Rusiya KİV-inin başqa mənbələri Qastəmirovun şübhələrini təsdiq edib. Onların məlumatlarına görə, Beyləqanski yaxın vaxtlarda Qulinin adamlarına qatılıb. Mənbələr qeyd edir ki, Namiq Səlifov Hacıya zirehli avtomobil verib, onun üçün Türkiyədə mənzil kirayələyib və 30 min dollar qiyməti olan saat bağışlayıb. Bütün bunları isə elə edib ki, hamı bilsin. Şeyx Həmzət Hacı ilə telefon söhbətində öz iddialarını səsləndirdikdən sonra, ona özünü "qanuni oğru" adlandırmağı qadağan edib. Ancaq Beyləqanski bildirib ki, Qastəmirovun sözü onun üçün qanun deyil. Bu xoşagəlməz söhbətdə Valter Qastəmirovu dəstəkləyib. Məlumdur ki, Valter uzun müddətdir ki, Berlində Qastəmirovun qonağıdır.
 
"Sputnik" agentliyi hər iki tərəfin yaxın ətrafına çıxmağı bacarıb. Hacı Beyləqanskiyə yaxın mənbə bildirib ki, onun haqqında yazılanlar yalandır.
 
"Beyləqanski Qulinin tərəfinə keçməyib. Kriminal dünyanı Namiqin etdiyi hədiyyə avtomobil yanlış fikrə yönəldib", - mənbə deyib.
 
Mənbənin sözlərinə görə, zirehli "Mercedes"i Beyləqanskiyə Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev hədiyyə edib:
 
"Bu maşın Rövşən Lənkəranskiyə məxsus olub və mərhum qısa müddət ərzində onu istifadə edib. Lakin naməlum səbəblərdən qətl gecəsi digər avtomobilə oturub və killerlərin hücumuna məruz qalıb. Otuz minlik saatın hədiyyə olunması barədə məlumat da doğru deyil".

Oxunma sayı : 672

SON XƏBƏRLƏR
İntiqam almaq üçün İstanbula gedən gömrük rəisi və ya Rövşənin qardaşı - 23 Noyabr 2017, 17:19
Millət vəkili qəzəbləndi:"Hakimin bacısını…" - 23 Noyabr 2017, 16:52
"Azərbaycanda buzova görə 100, yeni doğulan körpəyə görə 45 manat ödənilir" -Millət vəkili - 23 Noyabr 2017, 16:41
Kürd referendumuna dəstək verən azərbaycanlı məmur işdən çıxarıldı - 23 Noyabr 2017, 16:36
İraqın şimalındakı “referendum”u dəstəkləyən şöbə müdiri işdən çıxarıldı - 23 Noyabr 2017, 16:32
Azərbaycan UEFA-nın reytinqində - 23 Noyabr 2017, 16:13
Tovuzda 27 yaşlı qadın bit dərmanı içdi ki ölsün, amma... - 23 Noyabr 2017, 15:46
"Uşaq pulu bərpa edilsin" - Deputatdan təklif - 23 Noyabr 2017, 15:44
Bir manatlıq pullar dəmir olacaq - Azərbaycanda - 23 Noyabr 2017, 15:38
Prezident Ağacan Abiyevi təltif etdi - SƏRƏNCAM - 23 Noyabr 2017, 15:33
MTN generalları məhkəmədə ifadə verdi - 23 Noyabr 2017, 15:31
Dino Ndlovu: “Adamın çəkdiyi əziyyətə heyfi gəlir” - 23 Noyabr 2017, 15:26
Millimiz FİFA reytinqində yenə gerilədi: 117-ci yerdəyik - 23 Noyabr 2017, 15:23
Nazir müavinindən pensiyaçılara ŞAD XƏBƏR - 23 Noyabr 2017, 15:18
"Bu alimlər də evlə təmin olunacaq" - Akif Əlizadə - 23 Noyabr 2017, 15:10
Müğənnidən etiraf: "Ərim qatil olmasın deyə dalaşmıram" - 23 Noyabr 2017, 15:05
Tanınmış yazıçının şeir kitabı çıxdı - 23 Noyabr 2017, 14:46
Jurnalist Natiq Qədimov dəfn edildi – Foto - 23 Noyabr 2017, 14:37
Gerye: "Hakim bizi "öldürdü"" - 23 Noyabr 2017, 14:33
Simeone: ""Qarabağ"ın "Roma"dan xal alacağına inanmalıyıq" - 23 Noyabr 2017, 14:28
Azərbaycan prezidenti NATO-nun Şimali Atlantika Şurasının iclasında - FOTO - 23 Noyabr 2017, 14:21
"Qarabağ"ın futbolçusunun qırmızı "Posche"si - FOTOLAR - 23 Noyabr 2017, 14:13
Bakıda yüzminlik maşını cızıq-cızıq edib üstünə zibil atdılar - VİDEO - 23 Noyabr 2017, 13:40
“Siz Milli Məclisin binasına nə vaxt daxil olmusunuz?" - Oqtay Əsədov deputatın təklifinə sərt reaksiya - 23 Noyabr 2017, 13:37
“Deputatların ezamiyyət pulu, maaşı artırılsın” - Siyavuş Novruzov - 23 Noyabr 2017, 13:02
“Buta Airways” AZAL-ın sərnişinlərindən əlavə pul aldı - RƏZİLLİK - 23 Noyabr 2017, 12:51
Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq - 23 Noyabr 2017, 12:45
Milli Məclisə 24 milyon ayrıldı - 23 Noyabr 2017, 12:35
İngilis mediası "Qarabağ"ı lağa qoydu - FOTO - 23 Noyabr 2017, 12:30
Dövlət Yol Polisi işçi axtarır - 23 Noyabr 2017, 12:27
21 yaşlı 4 uşaq anası: Ərim məndən başqa 5 qız qaçırıb – VİDEO - 23 Noyabr 2017, 12:26
Qənirə Paşayeva Fəxri Fərmana layiq görüldü - 23 Noyabr 2017, 12:20
Beynəlxalq Bank 2018-ci ildə özəlləşdirilməyə çıxarılacaq - 23 Noyabr 2017, 12:08
Qriplə bağlı - Rəsmi açıqlama - 23 Noyabr 2017, 11:44
Xatirə "Qarabağ"ın oyununda paylaşdığı fotoya görə tənqid olundu - FOTO - 23 Noyabr 2017, 11:41
Türkiyəli məşhur şəhidləri təhqir etdi - VİDEO - 23 Noyabr 2017, 11:12
“Hakimdən ağılsız qərar” – İngiltərə mətbuatı - 23 Noyabr 2017, 11:06
Bu da Kıvanç Tatlıtuğun yeni dəbdəbəli evi - Foto - 23 Noyabr 2017, 10:50
Avtobus ahıl qadını vurdu - Piyada zolağında - FOTO - 23 Noyabr 2017, 10:28
""Qarabağ"a dörddən çox qol vura bilərdik" - "Çelsi"nin futbolçusu - 23 Noyabr 2017, 10:22
"Süfrə başında dünyasını dəyişdi" - 23 Noyabr 2017, 10:17
Cəbhədə gərgin gecə - 23 Noyabr 2017, 09:59
Azərbaycana 22 sm-lik qar yağdı - 23 Noyabr 2017, 09:52
796 nəfər cərimə olundu - Pərdəyə görə - 23 Noyabr 2017, 09:48
Nazir: “Qarabağ”ın əziyyətinə heyfim gəldi - 23 Noyabr 2017, 09:37
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10