08:31 Cümə, 15 Dekabr 2017
KRİMİNAL

Lənkəranskinin adamları Yunanıstanda toplaşdılar - Lotu Hikmətin qohumu “qanuni oğru” oldu

00:17, 16.05.20171013
Lənkəranskinin adamları Yunanıstanda toplaşdılar - Lotu Hikmətin qohumu “qanuni oğru” oldu
Türkiyədə qətlə yetirilən "kriminal general” Rövşən Lənkəranskinin adamları Yunanıstanda "sxodka” keçiriblər.
 
Dünən baş tutan yığıncaqda Lənkəranski klanına qarşı hazırda Azərbaycanda həbsdə olan Lotu Qulinin apardığı amansız mübarizə, onun artıq bütün sahələrə nəzarət etməsi müzakirə olunub. Qətlə yetirilən avtoritetə sadiq olan şəxslərin bundan sonrakı fəaliyyəti, onlara yönəlik hücumların qarşısının alınması barədə planlar cızılıb.
 
"Sxodka” da həmçinin Lənkəranskiyə yaxın olan 3 kriminal avtoritetə "qanuni oğru” adı veriblər. Taclandırılan şəxslər Vüsal, Ruslan və Məmmədqulu adlı kriminal avtoritetlərdir. Məlumata görə, Məmmədqulu məşhur "qanuni oğru” sabirabadlı Hikmədin qardaşı oğludur.
 
Qeyd edək ki, Lənkəranski qətlə yetirildikdən sonra onun tərəfdarlarına qarşı böyük müharibə başlayıb. Həmin klanın nəzarət etdiyi sahələr əllərindən alınır, Lotu Quliyə qarşı olan avtoritetlər "əzilir". İndiyə qədər mediada bir neçə tanınmış avtoritetin dəhşətli işgəncələrə məruz qalması, hətta bir nəfərin qulağının kəsildiyi əks olunan videolar yayılıb.
 
Məlumata görə, Lənkəranskinin adamlarının əsas fəaliyyət göstərdiyi Rusiya, Ukrayna, Türkiyədə kriminal nəzarət tamamilə Qulinin adamlarına keçib.
 
Elə buna görə də, Lənkaranski tərəfdarları "sxodka”larını Yunanıstanda keçiriblər.
 
BakiPost.az
0
XƏBƏR LENTİ