«Lənkəranski»nin varidatı uğrunda müharibə: göy bazarı, Türkiyə və İtaliyadakı əmlaklar...

20 Oktyabr 2017, 10:37
AAA
Gürcü, çeçen və azərbaycanlı "qanuni oğru”lar nəyi bölmək istəyirlər?

Ötən ilin avqust ayının  18-də Türkiyədə öldürülən "qanuni oğru” Rövşən Canıyevin ("Lənkəranski”) qatili və sifarişçisi  tapılmasa da, onun maliyyə imperiyası uğrunda savaş yeni mərhələyə daxil olub. Sirr deyil ki,  kriminal aləmdə miras uğrunda mübarizə həmişə olub.  Hansısa nüfuzlu "qanuni oğru” öldürüldükdən sonra onun nəzarət etdiyi maliyyə mənbələri kriminal savaşları daha da alovlandırır.

Məsələn, "Lənkəranski”dən üç il əvvəl öldürülmüş ən tanınmış mafiya babası Aslan Usoyanın ("Ded Xasan”) milyonlar dövr edən imperiyası  uğrunda mübarizə bu günədək  davam edir, hansısa kriminal qruplaşmalar vaxtilə onun klanının nəzarətində olan vilayətlərdə öz hökmlərinin yeritməyə çalışır, yeni qanlar tökülür. Bu səbəbdən də "Lənkəranski”nin   ölümündən sonra onun mirası uğrunda mübarizənin olacağı gözlənilən idi.

Hələ bir müddət əvvəl Rusiya mətbuatı yazmışdı ki, "Lənkəranski”nin ən iri aktivi olan göyərti, tərəvəz və meyvə topdansatış bazarı vaxtilə onunla yaxşı münasibətləri olan  Merab Canqveladzenin ("Merab Suxumski”) nəzarətinə keçib. Məlumdur ki,  2006-cı ildə Moskvada məşhur "qanuni oğru” "Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Muxtarovla 2007-ci ildə "Ağbaş” ləqəbli Çingiz Axundovun qətlindən sonra göy bazarları "Lənkəranski”nin nəzarətinə  keçmişdi. Məhz bundan sonra onun digər azərbaycanlı kriminallarla münasibəti pozulmuşdu. Çünki iddia olunurdu ki, "Lənkəranski” bu məsələdə "oğru prinsiplərini” pozaraq yalnız öz mənafeyini düşünüb (son yayılan məlumatlar da şübhə  yoxdur ki, bu müzakirələri yenidən aktuallaşdıracaq). 

Məlumat üçün deyək ki, "Suxumski”nin Rusiya vətəndaşlığı ləğv edilib və o, bir neçə ay əvvələdək İtaliyada polis nəzarətində idi.  Kriminal aləmin ən odioz fiqurlarından olan "Suxumski” 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. "Qanuni oğru” adını gənc yaşlarında alıb və kriminal aləmdə onun ailəsini təmsil edən kiçik qardaşı ("Levan Suxumski”)  da var. 1975-ci ildə anadan olan Levanın da  "Lənkəranski” ilə yaxşı münasibətləri olub.

İddia olunurdu ki,  "Lənkəranski”nin Türkiyədəki biznesinə  çeçen "qanun oğru”  Hüseyn Əhmədov ("Kor Hüseyn”) da iddia edirdi. "Lənkəranski” imperiyasına sahiblənmək iddiasında olan "Kor Hüseyn” 1966-cı ildə Qroznıda anadan olub. "Qanuni oğru” adını 1985-ci ildə Stavropoldakı "Belıy  Lebed” adlanan təcridxanada alıb. Sonuncu dəfə 2012-ci ildə 10 ay həbsxanada cəza çəkib. Hazırda azadlıqdadır.

Başqa mənbələr "Kurşa” ləqəbi ilə tanınan "qanuni oğru” Qoça Çinçaridzenin "Lənkəranski”nin Türkiyədəki aktivlərini idarə edəcəyini deyirdi.   Qoça 1972-ci ildə  Kabuletidə (Gürcüstan) anadan olub.  O, "qanuni  oğru” adını 1992-ci ildə, cəmi 20 yaşı olanda alıb.

Rusiya mətbuatı bir neçə ay əvvəl yazmışdı ki, Yekaterinburq vilayətində yaşayan azərbaycanlılar nüfuzlu  "qanuni oğru” Nadir Səlifova ("Lotu Quli”) biət ediblər. O da iddia olunurdu ki, "Lotu Quli” və Gürcüstan doğumlu "Vaqif Bakinski” kimi tanınan Vaqif Süleymanov güclərini birləşdiriblər. Yeni  klan bir-birinin ardınca Moskva və Moskva ətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətlərinə alır.

"Sputnik Azərbaycan” isə  kriminal dairələrə istinadən yazır ki, İtaliyanın maliyyə polisi "Lənkəranski”nin bu ölkə ərazisində 100 milyon avroya yaxın nağd  pulla iki oteli satın aldığını müəyyən edib və onun izinə düşüb.

Məlum olub ki, İtaliyanın Pozitano şəhərində yerləşən "Le Sirenuse” və "Hotel Covo dei Saraceni” hotellərindən birincisini naməlum müştəri 52 milyon avroya, ikincisini 49 milyon avroya alıb. "Lənkəranski” hotelləri öz adına rəsmiləşdirməyib.  Məlum olub ki, "Hotel Covo dei Saraceni” çeçen "qanuni oğru” Həmzət Qastəmirovun ("Şeyx Həmzət”) arvadının adına, "Le Sirenuse” hoteli isə "Lənkəranski”nin qohumlarından birinin adına rəsmiləşdirilib. Lakin hazırda hər iki hotel "Şeyx Həmzət”in mafioz klanının nəzarətindədir. Bildirilir ki, bu yaxınlarda çeçen avtoritetin vəkilləri "Le Sirenuse” otelini Lənkəranskinin qohumlarından məhkəmə yolu ilə alıblar.

Qastəmirov  avqust ayında "Lənkəranski”nin  il mərasimində olub.  Xəbərlər  vardı ki," Şeyx Həmzət" Bakıdan Amsterdama gedərkən "Schiphol” hava limanı yaxınlığında saxlanılıb. Saxlanılan zaman Qastəmirovun üzərində bir ədəd tapança, Bolqarıstan vətəndaşı Peter Stoykov adına saxta pasport, bank kartları, 3 mobil telefon və 85 min avro dəyərində Franck Muller markalı saat olub. Sentyabrın 5-də məhkəmə saxlanılan şəxslərlə bağlı 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Dekabrın 5-də isə Qastəmirovun işi üzrə məhkəmə prosesi başlayacaq. Niderland qanunlarına görə, onu sözügedən cinayətlərə görə, 7 ildən 10 ilədək həbs cəzası gözləyir.

///Yeni Musavat


Oxunma sayı : 454

SON XƏBƏRLƏR
Marşrut sahiblərinə XƏBƏRDARLIQ - 25 Noyabr 2017, 13:20
"Aparıcı bakirə olmamalıdır" söhbətinə xanım aparıcılardan maraqlı - Cavablar - 25 Noyabr 2017, 13:16
“Azərbaycan iqtisadiyyatını dəyişdiririk” - İlham Əliyev - 25 Noyabr 2017, 13:14
Bazar günü hava yağmursuz olacaq - 25 Noyabr 2017, 12:44
Bakı metrosunda sərnişinlərə qənim kəsilən qadın tutuldu - 25 Noyabr 2017, 12:32
Ərdoğan aktrisanı tənqid etdi - 25 Noyabr 2017, 11:37
“Çelsi”nin Bakıdan Londona təhlükəli uçuşu - 25 Noyabr 2017, 11:15
Natiq Qədimovun həyat yoldaşı : “Əlvida” demirəm Natiq, görüşəcəyik...” - 25 Noyabr 2017, 00:00
“Şirin”in toyundan – FOTOLAR - 24 Noyabr 2017, 23:54
İlham Əliyevin Brüsselə səfəri başa çatıb – FOTO - 24 Noyabr 2017, 22:46
Brüssel Sammitinin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyünü dəstəklənib - 24 Noyabr 2017, 21:29
Hərbi Hava Qüvvələrinin taktiki təlimləri keçirilib - 24 Noyabr 2017, 20:50
Azərbaycanlı aktyor Türkiyədə əməliyyat olunacaq - 24 Noyabr 2017, 18:15
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib - 24 Noyabr 2017, 18:14
“Beşiktaş”ın izi ilə gedəcəyik” – Qurban Qurbanov - 24 Noyabr 2017, 18:10
AFFA Cocuq Mərcanlıda mini-turnir keçirəcək - 24 Noyabr 2017, 18:09
Genişləndirilmiş “Nar” LTE şəbəkəsi artıq bölgələrdə - 24 Noyabr 2017, 17:49
Lider TV-də müzakirə: "Efirə çıxan aparıcı bakirə olmamalıdır" - VİDEO - 24 Noyabr 2017, 17:43
Dolların bazar ertəsinə olan məzənnəsi açıqlandı - 24 Noyabr 2017, 17:31
Məşhur futbolçu 9 il azadlıqdan məhrum edildi: Qızı zorladığına görə - 24 Noyabr 2017, 17:31
"Muğanbank"da "Forex" qalmaqalı: 300 minlik dələduzluq - 24 Noyabr 2017, 17:30
"Azərbaycanda cinayətlərin çox cüzi hissəsini qadına qarşı cinayətlər təşkil edir" - Nazirlik - 24 Noyabr 2017, 17:18
Pərvin Abıyeva: "Azərbaycan kişiləri kobud və köhnə fikirlidirlər, türklər kimi romantik deyillər" - 24 Noyabr 2017, 17:00
Dino Ndlovu "Qarabağ"dan gedir? - 24 Noyabr 2017, 16:53
Ramiz Mehdiyev Nikolay Patruşevlə görüşüb - 24 Noyabr 2017, 16:37
Prezident bu qanunlara dəyişiklik təklif etdi - 24 Noyabr 2017, 16:32
Bakıda avtomobil ana, ata və 2 uşağını vurub qaçdı - FOTO - 24 Noyabr 2017, 16:25
Prodüser Tolikə vəzifə verildi - 24 Noyabr 2017, 16:15
Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan! - 24 Noyabr 2017, 15:53
Prokuror generalın oğluna 6 il həbs cəzası istədi - 24 Noyabr 2017, 15:47
Nazirlər Kabinetinin əməkdaşlarının “Prado”su aşdı - Ölən və yaralananlar var - 24 Noyabr 2017, 15:26
Ramiz Məlik də Məleykə Əsədovanı məhkəməyə verir - 24 Noyabr 2017, 15:10
“İnsanların həyatını biznesin pozitiv gücü ilə yaxşılaşdırmaq” adlı seminar keçiriləcək - 24 Noyabr 2017, 15:04
AZXEBER.COM-u sosial şəbəkələrdə izləyənlərin sayı milyona yaxınlaşır - 24 Noyabr 2017, 14:52
Qənirə Paşayeva Sudan heyəti ilə görüşdü - 24 Noyabr 2017, 14:47
"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni təyinat - 24 Noyabr 2017, 14:37
İŞİD-in köləsinə çevrilmiş Dilbər: "Atam bizi gətirdi... Özü edam olundu" - 24 Noyabr 2017, 14:27
"Bu uşaqdan nə istəyirsiniz?!" - 24 Noyabr 2017, 14:20
Rusiyada azərbaycanlı sahibkar özünü yandırdı - 24 Noyabr 2017, 14:16
Bu yerlərdə siqaret çəkmək qadağan olunur - Siyahı - 24 Noyabr 2017, 14:13
"Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?" - Nazir - 24 Noyabr 2017, 14:04
“Eldar Mahmudov onun evinə tapança qoydurub, həbs etdirdi” - General - 24 Noyabr 2017, 13:35
Ankarada FETÖ əməliyyatı: 79 müəllim barədə həbs qərarı - 24 Noyabr 2017, 13:27
Sabah sulu qar yağacaq - 24 Noyabr 2017, 13:05
Prezidentdən deputatla bağlı - Sərəncam - 24 Noyabr 2017, 12:56
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10