17:58 şənbə, 25 Yanvar 2020
TOP4

Leyla Əliyeva Fəxrəddin Manafovdan müsahibə götürdü - VİDEO

13:00, 01.11.20183948
Leyla Əliyeva Fəxrəddin Manafovdan müsahibə götürdü - VİDEO
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva Xalq artisti Fəxrəddin Manafovla görüşüb. 

AZXEBER.COM xəbər verir ki, jurnalın baş redaktoru bu barədə şəxsi Instagram hesabında paylaşım edib.

Leyla Əliyeva Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Fəxrəddin Manafovdan müsahibə götürüb. 

Leyla Əliyeva paylaşdığı videoda "Fəxrəddin Manafovla müsahibə" sözlərini qeyd edib. 

"Baku" jurnalı 2007-ci ildən rus dilində nəşr olunur. Jurnalda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri və müasir həyatı haqqında materiallar təqdim olunur. 2011-ci ildən "Baku" jurnalının ingilisdilli versiyası - "Baku International" nəşr edilməyə başlayıb.
 


WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ