Leyla Əliyeva “Kukla incəsənətdə” sərgisi ilə tanış olub - FOTO

28 Dekabr 2016, 01:57
AAA
Dekabrın 27-də Heydər Əliyev Mərkəzində "Kukla incəsənətdə" sərgisinin açılış mərasimi keçirilib.
 
AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub. Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov başa çatmaqda olan 2016-cı ilin də Mərkəz üçün çoxsaylı tədbirlərlə yadda qaldığını bildirib.
 
Qeyd edib ki, bu tədbirlər konfranslar, simpoziumlar, seminarlar, konsertlər və təbii ki, Heydər Əliyev Mərkəzinin təqdim etdiyi çoxsaylı sərgilərdən ibarətdir.
 
A.Ələkbərov deyib: "Mərkəzin inzibati binası orijinallığı ilə fərqlənir və dünyada nadir binalardan biridir. Məhz bu baxımdan Böyük Britaniyanın Arxitektorlar İnstitutu tərəfindən Heydər Əliyev Mərkəzinin inzibati binası dünya memarlıq nümunələri sırasında bu il altılığa daxil edilib. Heydər Əliyev Mərkəzinin parkı, eləcə də bir gün öncə dövlətimizin başçısının iştirakı ilə açılmış yeni parkın ərazisinin bir hissəsindən biz müxtəlif tədbirlərin keçirilməsi və sərgilərin təşkili üçün istifadə edirik". A.Ələkbərov vurğulayıb ki, bu gün "Kukla incəsənətdə" sərgisində təqdim edilən kolleksiya 10 il ərzində Heydər Əliyev Fondu tərəfindən toplanıb. Sərgidə 16 ölkədən 60 rəssam-heykəltəraşın, o cümlədən azərbaycanlı rəssamların işləri təqdim edilir. Tamaşaçıların sərgidən zövq alacağına ümidvar olduğunu deyən A.Ələkbərov ekspozisiyanın təşkilində dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, eləcə də Fondun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirib. Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü,
 
Ümumrusiya Rəssamlar İttifaqının bədii kukla bölməsinin sədr müavini, kuklaçı rəssam Aleksandra Xudyakova çıxışında Bakı şəhərinin gözəlliyinə heyran qaldığını bildirib. O deyib: "İlk dəfədir ki, bu cür yüksək səviyyədə bədii kukla sərgisini görürəm. Mən bu möhtəşəm tədbirə görə Heydər Əliyev Fonduna, eləcə də Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürümü bildirirəm. Sözün doğrusu, kifayət qədər xeyli sayda sərgilər görsəm də, bu cür ekspozisiyanı ilk dəfədir ki, görürəm. Kukla insanın reprezentasiyasının ən qədim formalarından biridir. Kukla heykəltəraşlıq kimi öz başlanğıcını çox qədimdən götürür. Demək olar ki, dünyanın bütün mədəniyyətlərində rəssam kukla yaradıb. Kukla böyük ciddi fenomendir. Heydər Əliyev Mərkəzində təqdim edilən sərginin ekspozisiyası möhtəşəmdir. Mən sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Həmçinin Bakının bütün rəssamlarına Rusiya rəssamlarının salamını və ehtiramını çatdırıram". Təmsil etdiyi qurumda ilk dəfə 2007-ci ildə kukla bölməsinin yaradıldığını diqqətə çatdıran Aleksandra Xudyakova Bakıda təqdim olunan sərginin kukla sənətinin ciddi olmasına dəlalət etdiyini bildirib. Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar Mədəniyyət İşçisi Elmira Abbaslı bildirib ki, bu sərginin təşkili böyük bayramdır. Bu səviyyədə Bakıda, Azərbaycanda kukla sərgisi keçirilməyib. Uzun illər ərzində Bakıda belə irimiqyaslı sərginin təşkil edilməsi arzusunu diqqətə çatdıran E.Abbaslı Heydər Əliyev Fondunun rəhbərliyinə dərin təşəkkür edib. Qeyd edib ki, son 10 ildə bu cür sənət əsərlərinin yaradılması haqqında müzakirələr aparılıb. Bu kuklalar həm də mədəniyyətimizin, tariximizin zənginliyini nümayiş etdirir. Kukla yaratmaq, habelə bu sənət əsərini qorumaq çox çətin başa gəlir.
 
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov bildirib ki, bu sərgi maraqlı və nadir bayramdır. Sərgidə hər şey gözəl və nağıllarda olduğu kimidir. Eyni zamanda, bu sənət əsərləri ciddi və mükəmməl nümunələrdir. Ö.Eldarov deyib: "Kuklalar bizi anadan olduğumuz gündən müşayiət edir. Burada təqdim edilən əsərlərdə isə böyüklərin gözəllik haqqında söhbəti, dərin və həssas hisslər təcəssüm olunub. Bu cür peşəkar kukla sərgisi xüsusi sərgidir. Bu əsərlərdə rəssam gözəlliyə olan münasibətini, sevgisini gizlədə bilmir. Sevginin material vasitəsilə bu formada verilməsi böyük sənətdir. Bizim Bakıda kukla muzeyimiz olmalıdır ki, bu sənət əsərləri həmişə saxlanılsın, özü də təkcə sərgidən-sərgiyə deyil, hər zaman tamaşaçılar gəlib görə bilsinlər".
 
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən sərgidə dünyanın müxtəlif ölkələrinin müəlliflərinin əl işi olan 230 kukla nümayiş etdirilir. Bu sənət əsərləri ümumilikdə 400-dən çox eksponatdan ibarət kolleksiyanın nümunələridir. Sərgidə Azərbaycan, ABŞ, Almaniya, Avstraliya, Belçika, Çexiya, Estoniya, Fransa, İsrail, İtaliya, Latviya, Rusiya, Şimali Kipr, İndoneziya, Ukrayna və Yaponiyanın tanınmış kuklaçı rəssamlarının əl işləri təqdim olunur. Ekspozisiyada nümayiş etdirilən sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivalları və biennalelərində qalib olub. Sərgidə çini, kağız, plastik, taxta və parçadan hazırlanan ənənəvi kuklalarla yanaşı, müasir texnologiyalardan istifadə olunaraq yaradılan modern kuklalar da təqdim edilir. Sərgidə kuklalar 11 müxtəlif mövzu üzrə bölünüb. Belə ki, ekspozisiyada geyim tarixi, yumoristik obrazlar, bayram simaları, İçərişəhər sakinləri, nağıl qəhrəmanları, taxta kuklalar və digər mövzularda eksponatlarla tanış olmaq mümkündür. Sərgidəki hər eksponat özündə bir tarixi yaşadır. Azərbaycanın məşhur "O olmasın, bu olsun" filminin qəhrəmanları, italyan "Komediya del Arte" xalq tamaşasının komik obrazları Kolombina və Pulçinella, "Romeo və Cülyetta", "Al yelkənlər" kimi sevilən əsərlərin personajları, dünyaca məşhur aktrisalar Vera Xolodnaya, Qreta Qarbo, skripkaçı Rodion, fotoqraf Foma və digərləri.
 
Müəlliflərin müxtəlif obrazlardan ilhamlanaraq yaratdıqları bu kuklalar tarixdən, incəsənət aləmindən tanıdığımız şəxsləri bir daha yaddaşlarda canlandırır. Sərgidə orta əsrlərin qadın obrazları istər ziyafət paltarlarında, istərsə də istirahət zamanı geyindikləri libasda, həmçinin o dövrdə saraylarda yaşayan kişi və qadınlar fərqli geyimlərdə təqdim olunur. Azərbaycanın müxtəlif bölgələrinə xas geyimlərdəki kuklalar isə həm də parça, rəng, biçim, naxış və istifadə olunan zinət əşyalarına görə bir-birindən fərqlənir. Sərginin hər bir eksponatı ilə tanışlıq, eyni zamanda, kukla sənətinin incəliyini, inkişaf tarixini izləməyə imkan yaradır. Beləliklə, dekabrın 28-dən etibarən Heydər Əliyev Mərkəzində daha bir sərgini - dünya rəssam və heykəltəraşlarının nadir əl işlərindən ibarət kolleksiyanı izləyə bilərsiniz.
 

 

 

 

 




Oxunma sayı : 450

Loading...
SON XƏBƏRLƏR
Növbəti doğuş terroru: Gənc ana komaya düşdü - 25 İyul 2017, 14:40
Sevgilisinin anası ilə dəfələrlə sevişdi, sonda öldürdü - Azərbaycanda dəhşətli hadisə - 25 İyul 2017, 14:25
13 yaşlı oğlan 13 yaşlı hamilə qızla evləndirildi - 25 İyul 2017, 14:22
İki gün əvvəl dənizdə batan oğlanın meyiti tapıldı - 25 İyul 2017, 14:18
Ali məktəblərə II və III qruplar üzrə qəbul planı məlum oldu - 25 İyul 2017, 14:06
Azərbaycanda bu çimərliyə kişilər buraxılmır - VİDEO - 25 İyul 2017, 13:42
Adam vurub öldürən olimpiya çempionumuza cinayət işi açıldı - 25 İyul 2017, 13:40
Azərbaycanda 19 məktəbli qız abort etdirib - 25 İyul 2017, 13:37
Azərbaycanda 25 yaşlı oğul 46 yaşlı anasını döydü - 25 İyul 2017, 13:24
Baş Prokurorluq: Qanunsuz ağac kəsən şəxslər həbs ediliblər - 25 İyul 2017, 13:12
Prezident məşhur cütlüyün nikah şahidliyini etdi - FOTO - 25 İyul 2017, 12:54
Günay İbrahimlinin yeni mahnısı da plaqiat çıxdı - VİDEO - 25 İyul 2017, 12:44
"Ərim öldü, qaynıma ərə getdim, burada nə var?!" - FOTOLAR - 25 İyul 2017, 12:31
Jurnalisti qladiator və “satqın” sayanların cığallığı - 25 İyul 2017, 12:27
Yaqub Zurufçu Ermənistana getməyə hazırlaşan Ququş haqqında bütün sirləri açdı - 25 İyul 2017, 12:25
Prezident Milli Qəhrəman Salatın Əsgərovanın oğluna da ev hədiyyə edib - 25 İyul 2017, 12:16
Dəhşətli yanğında sağ qalan azərbaycanlı uşağı qubernator nəzarətə götürdü - 25 İyul 2017, 11:49
Prezidentin nəvələri istirahətdə - FOTOLAR - 25 İyul 2017, 11:35
Aşıq Samirənin bahalı maşını - FOTO - 25 İyul 2017, 11:28
Azərbaycan bayrağı söküldü, Mübariz Mənsimov əsəbiləşdi: "Ciyərini sökərəm!" - 25 İyul 2017, 11:17
Bakıda avtobus qəzası - Xəsarət alan var - VİDEO - 25 İyul 2017, 11:09
Avqustun 1-dən sürücülər üçün 50 manatlıq cərimələr olacaq - 25 İyul 2017, 11:06
Binadan yıxılan 1 yaşlı uşaq öldü - Bakıda faciə - 25 İyul 2017, 11:01
DTX beynəlxalq kibercinayətkarları ifşa etdi - 25 İyul 2017, 10:57
Azərbaycanlı iş adamı oğluna 4 gün, 4 gecə toy etdi - FOTO - 25 İyul 2017, 10:41
Gəlini döyüb, saçını qırxdılar - Samuxda dəhşət - 25 İyul 2017, 10:20
Bakıda kafedə kütləvi dava: Yaralanan var - 25 İyul 2017, 10:12
DİN vətəndaşlara müraciət etdi - 24 İyul 2017, 18:16
Sumqayıtda gəlin 3 uşağını atıb qaçdı: Əri onu axtarır – FOTO - 24 İyul 2017, 17:50
Nazirlik vakant yerlərin siyahısını açıqladı: 7640 müəllimə ehtiyac var - 24 İyul 2017, 17:45
I və IV ixtisas qruplarının imtahan nəticələrini açıqlandı: Cəmi 2 nəfər 700 bal topladı - 24 İyul 2017, 17:43
DİN-dən azyaşlı uşağı zorlamaq istəyənlə bağlı AÇIQLAMA - 24 İyul 2017, 17:35
Türkiyənin qədim Aksaray vilayətində Qarabağ parkı və Xarıbülbül abidəsinin açılışı olub - 24 İyul 2017, 17:33
Yetim Eyvazın oğlu müğənni imiş - VİDEO - 24 İyul 2017, 17:28
Qədim Kapadokyada Qarabağ küçəsinin açılışı oldu - 24 İyul 2017, 17:24
Tovuzda ağır qəza: ana ölüb, 3 övladı xəsarət alıb - 24 İyul 2017, 17:11
Arvadını yatdığı yerdə öldürdü, uşaqlarının başını çəkiclə əzdi - Dəhşətli qətlin təfərrüatı - 24 İyul 2017, 16:51
Baş Prokurorluq arvadını çəkiclə öldürən kişi ilə bağlı məlumat yaydı - 24 İyul 2017, 16:35
"Mən 18.2 kv.m sahəsi olan 1 otaqlı mənzildə 3 uşaq böyütmüşəm" - Nahid Canbaxışlı yazır - 24 İyul 2017, 16:33
15 yaşlı gəncin meyiti Kürdən tapıldı - 24 İyul 2017, 16:12
Maşallah Əhmədovun cəzası 8 ildən 2 ilə endirilib - 24 İyul 2017, 16:09
Hacıbəy Heydərli: "Prezidentin jurnalistlərə "mənim köməkçilərim" deməsi mətbuata ən böyük diqqət və qayğıdır" - 24 İyul 2017, 16:02
Bakıda ana körpəsini əmizdirərkən öldü - 24 İyul 2017, 15:35
Azərbaycanda ən yaxşı özəl universitet hansıdır? - "Facebook"da açıq sorğu başladı - 24 İyul 2017, 15:30
Nişanlısının bakirəliyini pozdu, qeyri-təbii yolla cinsi əlaqədə oldu - Oğuzda şok hadisə - 24 İyul 2017, 15:29
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10