xari

Lisey direktoru bu əməllərinə görə həbs edilib - RƏSMİ AÇIQLAMA

SOSİAL
13:16 25.02.2021
695
Bərdə Peşə Liseyinin direktorunun qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluqdan AZXEBER.COM-a verilən məlumata görə, vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.

Belə tədbirlərdən biri kimi, Bərdə Peşə Liseyinin direktoru vəzifəsində işləyən Şükürov Şəmil Məmməd oğlunun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Şəmil Şükürovun həmin liseyin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq 2012-2021-ci illər ərzində liseydə təhsil alan çoxsaylı tələbələrin dərsdə iştirak etməmələri, onlara ümumi himayədarlıq göstərilməsi müqabilində həmin şəxslərə məxsus təqaüd kartlarını rəhbərlik etdiyi qurumun əməkdaşları vasitəsilə əldə edib kart hesablarına köçürülmüş təqaüdlərin Bərdə rayonu ərazisində yerləşən ayrı-ayrı bankomatlardan məxaric edilərək nağdlaşdırılması yolu ilə külli miqdarda pul vəsaitinin rüşvət qismində almasına əsaslı şübhələr yaranıb.

25 fevral 2021-ci il tarixdə Şükürov Şəmil Məmməd oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı təhsil müəssisəsinin əməkdaşları tərəfindən 28 tələbənin adına olan təqaüd kartları könüllü şəkildə təhvil verilmiş, həyata keçirilmiş axtarış zamanı isə 10 min 600 manat məbləğində pul vəsaiti və 22 ədəd bankomat kartları aşkar edilərək maddi sübut qismində götürülüb.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:31 14.04.2021

“Caliber”: Ermənistanın İrandan ayrılma qorxusu - VİDEO

14:20 14.04.2021

"Metronu bağlayıblar, hamı avtobusda ağız-ağıza gedir"- VİDEOSORĞU

14:09 14.04.2021

Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

13:49 14.04.2021

Erməni valideynlər Paşinyandan cavab gözləyir

13:46 14.04.2021

Lukaşenko: "Bizim münasibətlərimiz əladır və mən buna görə həmişə fəxr edirəm"

13:45 14.04.2021

"Razılaşdırdığımız məsələlərin praktiki həllini görürük"

13:45 14.04.2021

İlham Əliyev: "Bundan sonra da bir-birimizi dəstəkləməkdə davam edəcəyik"

13:42 14.04.2021

Azərbaycanlı müğənni boşanmaq istədiyi əri tərəfindən öldürüldü - FOTO

13:29 14.04.2021

İrəvanda maska üstündə bir sərnişin digərini öldürdü

13:11 14.04.2021

Azərbaycanda gəlin qayınanasını soydu - 11 min manatlıq cinayət

13:04 14.04.2021

Lukaşenko: “Heç bir pandemiya Belarus ilə Azərbaycan arasında əməkdaşlığa mane ola bilməz”

13:02 14.04.2021

Ermənistan prezidenti Gürcüstana səfər edəcək

13:01 14.04.2021

Zaxarova: "Türkiyə ilə uçuşların dayandırılmasında siyasi əsas yoxdur"

12:55 14.04.2021

“Albert Rıjı”nı qətlə yetirən şəxsin saxlanılma anı - VİDEO

12:39 14.04.2021

Paşinyan ilk dəfə etiraf etdi: “Oktyabrın ikinci yarısında ağır güzəştlərə getmək qərarına gəldim”

12:26 14.04.2021

Rusiyanın Türkiyəyə uçuşları dayandırmasına Çavuşoğludan açıqlama - VİDEO