00:13 Bazar Ertəsi, 23 Sentyabr 2019
İDMAN

Liverpool-un futbolçuları finalda meydana girən modelə tanışlıq mesajı yazıblar - FOTO

17:35, 11.06.20194501
Liverpool-un futbolçuları finalda meydana girən modelə tanışlıq mesajı yazıblar - FOTO
"Liverpul” və "Tottenhem” komandaları arasında keçirilən Çempionlar Liqasının finalında meydana girməsi ilə gündəmə gələn Kinsey Volanski maraqlı açıqlama ilə diqqət çəkib.

22 yaşlı model "The Sun” nəşrinə açıqlamasında  həmin hadisədən sonra "Liverpul”un futbolçularının ona münasibət qurmaq üçün mesaj yazdıqlarını bildirib: "Liverpul”un futbolçularından mesajlar gəldi. Onların adını açıqlamaq istəmirəm. Hətta biri mənə ürək işarəsi göndərdi. Biri isə "oyunda səni gördüm” yazmışdı. Düzü, profillərinə girənə qədər onların kim olduğunu bilmirdim. Ancaq heç birinə cavab vermədim. Çünki mənim sevgilim var”.

Həmin futbolçulardan birinin Ceyms Milner olduğu müəyyənləşib.
 
Xatırladaq ki, sözügedən qarşılaşma Liverpool-un 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Kinseyin meydana çıxması onun izləyici sayının artaraq 3 milyona çatması ilə nəticələnib.
 
///Goal.az 
 

 


XƏBƏR LENTİ