19:55 Cümə Axşamı, 21 Fevral 2019
KRİMİNAL

“Lotu Quli” Azərbaycanı tərk etdi

17:22, 17.01.20199252
“Lotu Quli” Azərbaycanı tərk etdi
Bir müddətdir Azərbaycanda yaşayan 46 yaşlı "qanuni oğru” Nadir Səlifov ölkəni tərk edib.

AZXEBER.COM-un "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, hazırda postsovet məkanının ən nüfuzlu avtoriteti olan "Lotu Quli" yenidən Türkiyəyə qayıdıb. Həbsdən azad olunandan sonra uzun müddət Türkiyədə məskunlaşan Səlifovun gözlənilmədən Bakıya gəlməsi, burada bir neçə ay yaşadıqdan sonra geri dönməsi maraq doğurur.

Onun Türkiyədə olarkən bir neçə dəfə polis tərəfindən saxlanılması və Rusiya tərəfindən tələb olunması haqda məlumatlar yayılmışdı. Bu hadisələrdən sonra Qulinin Bakıya gəlməsi təhlükəsizliyini qorumaq və etibarlı sığınacaqla təmin olunmaq məqsədi ilə əlaqələndirildi. 

Lakin Səlifov bir neçə gün əvvəl yenidən İstanbula geri dönüş edib. Onun bu dəfə mühafizəsini gücləndirməsi, ətrafına daha etibarlı şəxslər yığması ilə bağlı məlumatlar var. Rövşən Lənkəranskidən sonra Rusiyada göyərti imperiyası uğrunda əsas savaşçılardan biri olan Quli bu ölkədəki oliqarxlarla toqquşmaq məcburiyyətində qalıb. Bu savaşdan kimin qalib çıxacağı isə yəqin ki, yaxın zamanlarda bəlli olacaq. 
XƏBƏR LENTİ