05:26 Bazar Ertəsi, 19 Noyabr 2018
KRİMİNAL

"Lotu Quli" Rusiyaya təhvil verilir - Azərbaycan imtina etdi

12:06, 06.11.20182353
Bir müddət əvvəl Türkiyədə həbs olunan, kriminal aləmdə "Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun müqəddəratı bəlli olub.

AZXEBER.COM "yenicag.az”a istinadən xəbər verir ki, Səlifovun Rusiyaya təhvil veriləcəyi dəqiqləşib.

Qarşıdakı günlərdə onun ekstradisiyası rəsmiləşəcək.

Qeyd edək ki, oktyabrın əvvəlində İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılan Nadir Səlifovun üzərindən Azərbaycan pasportu çıxıb. Bu səbəbdən "Lotu Quli”nin əvvəlcə ölkəmizə təhvil veriləcəyi gözlənilsə də, Azərbaycan tərəfi bundan imtina edib.

Xatırladaq ki, Nadir Səlifov Moskvada adam oğurluğu və hədə-qorxu ilə insanlardan pul almaqda təqsirli bilinir. O, qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126 və 163-cü maddələri ilə ittiham olunur. Bu ittihamlarla Rusiya "Lotu Quli” barəsində beynəlxalq axtarış elan etmişdi.
XƏBƏR LENTİ