20:52 çərşənbə Axşamı, 20 Avqust 2019
KRİMİNAL

“Lotu Quli”nin 6 böyük düşməni – SİYAHIDA KİMLƏR VAR?

21:47, 01.07.201919073
“Lotu Quli”nin 6 böyük düşməni – SİYAHIDA KİMLƏR VAR?
Hazırda azərbaycanlı qanuni oğru "Lotu Quli”nin 6 böyük düşməni var. Onların hamısı "Quli” üçün təhlükəlidir. Elə Quli də onları aradan götürmək üçün çalışır.

AZXEBER.COM-un Lent.az-a istinadla verdiyi məlumata görə, bu barədə Ukrayna mətbuatı yazıb.

Ukraynalı həmkarlarımızın fikrincə, "Quli”nin düşmənlərindən biri Emin Əhmədovdur.

Emin Əhmədov 1981-ci ildə anadan olub. Onun da yolu digərləri kimi "oğru şəhəri" sayılan Moskvadan keçib. 2007-ci ildə "Emin Hacıqabulinski" Rusiyada pul daşıyan maşını apardığı üçün həbs edilib. Moskva məhkəməsi onu 13 il müddətinə həbs edib.

"Zayka” ləqəbli Zaur Əliyev də bu sıradadır. Vaxtı ilə Moskva bazarlarına nəzarət edən "Zayka” 2014-cü ildə 18 il müddətinə həbs edilib. Sonradan həbsxanada "Quli”nin adamları tərəfindən sındırılıb. O, "Quli”dən intiqam almaq üçün alışıb-yanır.

Tolyattidən olan biznesmen Kamal Quliyev də "Quli”nin düşmənləri sırasındadır. 2015-ci ildə "Quli”nin adamları onu oğurlayaraq ailəsindən 30 milyon rubl pul tələb etmişdilər. Amma Kamal qaçaraq xilas ola bilmişdi.

Hikmət Salayev də "Lotu Quli”nin adamları tərəfindən oğurlanmışdı. Nəticədə külli miqdarda pul və üç maşınını "Lotu Quli”nin adamlarına verdikdən sonra canını qurtarmışdı.

"Albert Rıjı” kimi tanınan Əli Heydərovu isə "Lotu Quli” oğru adından məhrum edib.

Albert "Şakro Molodoy”un (Zaxari Kalaşov) klanına yaxınlaşaraq adını bərpa etmək istəyir.

"Şakro Molodoy” isə çoxdandır "Quli” ilə düşmənçilik edir. Çünki keçmiş post-sovet məkanının bir nömrəli qanuni oğrusu sayılan Zaxari Kalaşov hazırda uzun müddətə həbsxanadadır. Onun yerini "Quli”nin tutmaq arzusu heç kimə sirr deyil. 
XƏBƏR LENTİ