08:08 Bazar Ertəsi, 25 Iyun 2018
KRİMİNAL

“Lotu Quli”nin yeznəsinə hökm oxundu

11:40, 27.04.2017673
“Lotu Quli”nin yeznəsinə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vidadi Huseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək V.Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Prosesdə hökm elan olunub. Hökmə görə, V.Hüseynov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, V.Hüseynov 2016-cı il aprel ayının 30-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4 ünvanının qarşısında Sabunçu Rayon Polis İdarəsi 13-cü bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Saxlanılarkən onun üzərindən 12,360 qram heroin aşkar edilərək götürülüb.

V.Hüseynovun barəsində Cinayət Məcəlləsinin (CM) 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanılıb və Sabunçu Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, V.Hüseynov hazırda həbsdə olan və "Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun yeznəsidir.
///virtualaz.org
XƏBƏR LENTİ