05:23 Bazar Günü, 22 Iyul 2018
KRİMİNAL

“Lotu Quli”yə daha bir zərbə - Yaxın adamını döydülər

17:11, 23.12.20171298
“Lotu Quli”yə daha bir zərbə - Yaxın adamını döydülər
Kriminal aləmdə "Soloma” kimi məşhur olan 39 yaşlı keçmiş avtoritet Aleksey Salomatin dekabrın 22-də ağır kəllə-beyin travması ilə Rusiyanın Tula vilayətinin mərkəzi xəstəxanasında reanimasiyaya yerləşdirilib.
 
AZXEBER.COM Qafqazinfo-ya  istinadən verdiyi məlumata görə, o, "oğru” adından məhrum edilməyi ilə bağlı qərarı tanımayaraq hələ də özünü "qanuni oğru” hesab edirmiş və buna görə də döyülüb.
 
Qeyd edək ki, A. Salomatin 2013-cü ilin avqustunda Türkiyədə "Kardava Mzarelua”nın klanı tərəfindən "taclandırılıb”. O vaxtlar "Soloma” ilə birlikdə "Lotu Quli” ləqəbli azərbaycalı "vor zakon” Nadir Səlifovun doğma qardaşı Namiq də "oğru” adını alıb.
 
Salomatinin "xaç atası” isə "Lotu Quli”yə ən yaxın "slavyan”lardan biri hesab olunan "qanuni oğru” Vladimir Jurakovski ("Vova Puxlıy”) olub. O, "qanuni oğru” adından 64 yaşlı "Şakro Molodoy” ləqəbli Zaxariya Kalaşov tərəfindən məhrum edilib.
 
Xatırladaq ki, Rusiya hökuməti Lotu Quliyə qarşı cinayət işi açaraq onu beynəlxalq axtarışa verib.
XƏBƏR LENTİ