03:10 Bazar Günü, 18 Avqust 2019
SAĞLAMLIQ

Ölümcül qrip virusu yayılır

13:34, 25.06.20132630
Ölümcül qrip virusu yayılır

Bu isə 2009-cu ildəki "Meksika qripi" pandemiyasının qurbanlarının sayından çoxdur.

Honkonq Universitetinin professoru Cozef Vu "quş qripi"nin yeni pandemik forması olan yeni virusu çox təhlükəli, ölümcül hesab edir.

"İndi yaydır və qrip virusunun yayılma intensivliyi bir qədər azalıb. Lakin payız gələn kimi virusa yoluxmaların sayı sürətlə arta bilər. Bunu H5N1 virusunun yayılmasında müşahidə etmişdik", - Vu deyib.

Çində H7N9 virusuna yoluxmuş 130 pasiyentin 70 faizində orqanizmin ciddi fəsadlara düçar olması müşahidə edilmişdi. Həmin şəxslər arasında hər 3 nəfərdən biri artıq ölüb. Onlar virusa yoluxandan 10-13 gün sonra xəstəxanalarda keçiniblər. Alimlərin dediklərinə görə, yeni qrip virusunun ştammından müalicə metodu hələlik yoxdur. "Donuz qripi" və "quş qripi"nin müalicəsində istifadə edilən "Tamiflu" preparatı isə H7N9 ilə mübarizədə heç bir effekt vermir.

Çinli alimlərin hesablamalarına görə, yeni və çox təhlükəli qrip virusuna yoluxanların sayı yaxın vaxtlarda 27 min nəfərə çata bilər. Payızda isə virusun Çin sərhədlərindən "çıxaraq" Cənub-Şərqi Asiya ölkələrinə, oradan da ABŞ və Avropaya sirayət edəcəyi istisna olunmur.//milli.az

XƏBƏR LENTİ