19:58 Bazar Günü, 17 Dekabr 2017
SOSİAL

Lütfi Zadənin ölüm xəbəri yalan çıxdı

10:59, 13.08.20172737
Lütfi Zadənin ölüm xəbəri yalan çıxdı

 

Bəzi KİV-lərdə ABŞ-da yaşayan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin vəfat etməsi ilə bağlı məlumatlar yayılıb.

 

Lütfi Zadə ailəsinin yaxın dostu, hazırda Amerikada olan Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazovaya azvision.az-a açıqlamasında məlumatı təkzib edib.   "Yalan məlumatlardan artıq bezmişik. İndi yanından gəlirəm. Dörd dəfə yemək yeyib, meyvə şirəsi içib. Səhhəti normaldır. Lütfi Zadənin vəfat etməsi ilə bağlı yayılan məlumatlar yalandır" -deyə Şahnaz Şahbazova vurğulayıb.  

 

Qeyd edək ki, azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfəli Rəhim oğlu Əsgərzadə 4 fevral 1921-ci ildə Bakıda anadan olub.

0
XƏBƏR LENTİ