23:18 Cümə, 19 Yanvar 2018
SOSİAL

Lütfi Zadəyə "fındıqbaş" deyən Akif Əli işə çıxır? - AÇIQLAMA

13:47, 28.11.20171125
Lütfi Zadəyə

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin hələ də işinə qayıtmaması ilə bağlı məlumat yayılıb.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, bir müddət öncə görkəmli azərbaycanlı alimi Lütfi Zadənin dəfni ilə bağlı verdiyi açıqlamayla böyük səs-küyə səbəb Akif Əlinin işə çıxmadığı bildirilib.

Məlumata görə, A.Əlinin vəzifəsini başqa bir şəxs icra edir. Sözügedən məsələ ilə bağlı Akif Əli ilə əlaqə saxladıq. O, hazırda işinin başında olduğunu bildirib:

"İşə çıxıram. Şükür Allaha ki, elə bir məsələ yoxdur”.

Xatırladaq ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bir neçə ay öncəböyük müzakirələrə və etiraza səbəb olan açıqlama ilə gündəmi zəbt etmişdi. O, görkəmli alim Lütfi-Zadənin ölümü ilə bağlı ona sual verən müxbirə gözlənilməz reaksiya vermişdi: "Səhər-səhər ölü xəbərləri ilə məni narahat etməyin. Belə xəbərlər mənə pis təsir edir. Bu haqda heç nə bilmirəm. Ümumiyyətlə, maraqlanmıram. O fındıqbaş kişi məni maraqlandırmır. Xahiş edirəm, səhər-səhər məndən belə şeylər soruşmayın. Yaxşı şeylər danışaq ki, günümüz yaxşı keçsin”.

Bu açıqlamanın hökümət təmsilçiləri tərəfindən də qınanılması Akif Əlinin üzr istəməsi ilə nəticələnmişdi.

0
XƏBƏR LENTİ