13:59 çərşənbə Axşamı, 19 Noyabr 2019
DÜNYA

Mahnını bəyənməyən azərbaycanlı DJ-i belə öldürdü - ŞOK VİDEO

10:51, 14.10.201927158
Mahnını bəyənməyən azərbaycanlı DJ-i belə öldürdü - ŞOK VİDEO
Rusiyanın Leninqrad vilayətinin Kirov rayonunda kafedə dava baş verib.

AZXEBER.COM baku.ws-ya istinadla xəbər verir ki, kafedə DJ-lə azərbaycanlı müştəri arasında mübahisə yaranıb.

Həmyerlimiz təkid edərək mahnının dəyişdirilməsini istəyib. Ancaq DJ mahnını dəyişməkdən imtina edib. Qəzəblənən azərbaycanlı bıçaqla DJ-yə hücum çəkib və onun ürəyinə bıçaq sancıb.

13 oktyabr tarixində Kirov rayonunun, "Ladojskoya" küçəsindəki kafedə baş verən cinayətin bəzi detalları məlum olub. Ürəyindən bıçaqlanan DJ-i xəstəxanaya çatdırıblar, amma həkimlər onun həyatını xilas edə bilməyib. 
 
İlkin məlumata görə, kadrlarda görünən ofisiant ölən DJ-in qardaşı olub. 

Qeyd edək ki, cinayəti törədən şəxsin Azərbaycan diasporasının nümayəndəsi olduğu iddia olunur.
 

XƏBƏR LENTİ