02:14 Bazar Günü, 23 Sentyabr 2018
SOSİAL

"Mal-qaranı yumaq üçün olan dərmanı südə qatıb və uşağa verdim" - 5 yaşlı qızını zəhərləyib öldürən qadın

13:32, 18.10.20176241
Zərərçəkmiş şəxsin hüquqi varisi Bəxtiyar Ömərov bildirib ki, Gülnarə ilə qeyri rəsmi şəkildə evləniblər: "Birgə yaşamışıq. Lakin nikahımız olmayıb. Uşağa soyadımı versəm də, o, mənim qızım deyildi. Onu balaca vaxtından mən böyütmüşəm. Çünki Gülnarənin valideynləri uşağa sahib çıxmamışdı".
 
O ifadəsində göstərib ki, həmin gün malları otlağa aparıb: "Evə qayıdanda gördüm ki, uşağın halı pisləşib. Xəstəxanaya apardıq, orada öldü. Soruşdum ki, uşağa nə olub? Dedi ki, malları yumaq üçün olan dərmanı südə qatıb və uşağa verib".
 
Qadın ərinin yalan danışdığını deyib: "Sən bilirsən ki, mən xəstəyəm. İttihamda yazılıb ki, mən qızımı öldürmüşəm. Mən neçə il səninlə yaşamışam. Sizə yemək bişirmişəm, qulluq etmişəm. Axı niyə olanları düz danışmamısan? Niyə ifadəndə mənim xəstə olduğumu, əsəblərimin yerində olmadığını deməmisən? Görürsən ki, ittihamda yazılanlar düzgün deyil. Niyə danışmırdın? Mənə cəza veriləcək və həbsxanaya gedəcəm. Sən bununla nə edəcəksən?".  
 
Gülnarə Seypullayeva bildirib ki, Luizanın əsl atası Seymur Güləliyev olub: "Birdən başım qarışdı və qızımı zəhərləyərək öldürdüm. Bəxtiyar spirtli içki içən olub, buna görə də onunla yaşamaq istəməmişəm".
 
Şahid qismində dindirilən Rafiq Rəhmanov qeyd edib ki, hadisə olan fermanın sahibidir: "Mənə köməkçi lazım idi. Bunlar da birgə yaşayırdı. Ev verdim. Araları çox yaxşı olub. Uşaq da çox şirin idi. Yaxşı uşaq idi. Hər ora gedəndə ona nəsə alırdım. Hadisə günü mənə xəbər elədilər. Tez gəldim. Maşına qoyduq. Xəstəxanaya aparanda yolda keçindi. Qucağımda can verdi. Hər yadıma düşəndə ağlayıram. Hadisədən 3-4 gün sonra bildim ki, uşağı Gülnarə öldürüb".
 
Məhkəmə prosesi oktyabrın 25-də davam edəcək.
///lent.az
XƏBƏR LENTİ