11:59 şənbə, 22 Sentyabr 2018
İDMAN

"Malta - Azərbaycan oyununun nəticəsi bizim üçün əlverişli oldu" - Kosovonun baş məşqçisi

13:15, 11.09.20183716
Malta ilə Azərbaycan komandaları arasında görüşün bərabərliklə başa çatması bizim üçün yaxşı nəticə oldu.

AZXEBER.COM futbol11.az-a istinadən xəbər verir ki, bu sözləri Millətlər Liqasında milli komandamıza eyni qrupda yer alan Kosovo millisinin baş məşqçisi Bernard Şalland deyib.  

Yer aldıqları qrupdakı şansları dəyətləndirən təcrübəli mütəxəssis vəziyyətlərinin ürəkaçan olduğunu bildirib. O, növbəti oyunda qələbə qazanaraq, liderliklərini möhkəmləndirmək istədiklərini söyləyib: "Farer adaları ilk oyununda qələbə ilə ayrılmışdı və qrupun lideri idi. Bizim bu rəqiblə oyunumuz asan olmadı.  Növbəti oyunumuzu Maltaya qarşı keçirəcək. Onlar Farar adaları ilə oyunda məğlub olsalar da, yaxşı futbol sərgiləmişdilər. İndi isə Azərbaycan yığması ilə oyunda heç-heçə ediblər.  Bu nəticə bizim üçün çox əlverişlidir". 

67 yaşlı çalışdırıcı komandasının gündən-günə inkişaf edəcəyini vurğulayıb: "Kosovo gənc, istəkli və istedadlı kollektivdir. Oyundan-oyuna təcrübəmizi, keyfiyyətimizi daha da artırırıq. Farer adaları ilə qarşılaşmada nəyə qadir olduğumuzu göstərdik. Gələcək matçlarda daha uğurlu çıxış edəcəyimizə inanıram". 

Qeyd edək ki, Kosovo Farer adalarını doğma meydanda 2:0 hesabı ilə məğlub edib. 
XƏBƏR LENTİ