16:18 şənbə, 15 Dekabr 2018
MƏDƏNİYYƏT

Fəxrəddin Manafov tearında getməsini təsdiqlədi: "Mənim şərtim var"

21:14, 05.12.20185429
Fəxrəddin Manafov tearında getməsini təsdiqlədi:
Xalq artisti Fəxrəddin Manafov Səməd Vurğun adına Rus Dram Teatrından getməsi xəbərini təsdiqləyib.

AZXEBER.COM xəbər verir ki, aktyor 1news.az-ın redaksiyasına məktub göndərib. Teatr aktyorun işinin başında olduğunu desə də o, bunu inkar edib:

"Bəli mən teatrdan getmişəm və ümid edirəm ki bu müvəqqətidir... çünki bəzi problemlər və məsələlər öz həllini tapmalıdır. Bu məsələlərlə bağlı mənim şərtlərim var. Şərtlərim yalnız və yalnız yaradacıcı prosesin inkişafı üçündür. Şərtlərim isə belədir:

Ruhi, mənəvi tərəfdən hələ formalaşmamış, özünü vəzifə daşıyıcısı hesab edən, aktyorlarla , ümumiyyətlə insanlarla kobud, gaba, tərbiyəsiz davranan,  adını çəkdiyimiz O teatr məkanında, təsadüf bir şəxsin, olub və ya olmaması şərti...  Məşglər və tamaşa gabağı şərait yaradılması, nizam intizamın və ümumiyyətlə bir çox problemlərə peşəkar yanaşmağın və onların həlli məsələsi...   Bu kimi şərtlər yerinə yetərsə, o zaman mən öz fəaliyətimi davam edərəm... Amma hal hazırda mən teatrdan getmişəm... bu və digər şərtlərin həlli nəticəsini gözləyəcəm...  

Son olaraq qeyd edirəm və təkidlə vurğulayıram ki, bu məsələ ilə bağlı heç bir müzakirə məni maraqlandırmır və mənim tərəfimdən əlavə şərhlər olmayacaq. Hamıya yaradıcı uğurlar!”
XƏBƏR LENTİ