18:59 Cümə Axşamı, 14 Dekabr 2017
İQTİSADİYYAT

Manatla olan əmanətlər 39 faiz artıb

22:19, 18.11.2017406
Manatla olan əmanətlər 39 faiz artıb
Mərkəzi Bankın məlumatına görə, oktyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7022,2 milyon manat təşkil edib.
 
Dövlət Statistika Komitəsindən bildiriblər ki, əmanətlərin 71,8 faizi xarici, 28,2 faizi isə milli valyutada qoyulub. Əmanətlərin 5598,0 milyon manatı və ya 79,7 faizi özəl banklarda, 1424,2 milyon manatı (20,3 faizi) isə dövlət banklarında yerləşdirilib.
 
Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 39,0 faiz artıb, xarici valyutada əmanətlər isə 21,1 faiz azalıb.
0
XƏBƏR LENTİ