17:22 Cümə Axşamı, 18 Oktyabr 2018
İDMAN

"Mançester Siti" Qvardiola ilə müqaviləni uzatdı

23:13, 17.05.20187271

"Mançester Siti" baş məşqçi Xosep Qvardiola ilə müqavilənin uzadıldığını elan edib.

Yeni saziş 2020/21-ci illər mövsümünün sonunadək nəzərdə tutulub.

"Mən çox xoşbəxt və razıyam. Burada işləmək xoşdur. Hər gün oyunçularımla işləməkdən zövq alıram, yaxın illərdə biz birlikdə mümkün olan hər şeyi etməyə çalışacağıq", - deyə ispan mütəxəssis müqavilənin uzadılmasından sonra bildirib.

 

Qvardiola "Mançester Siti"yə 2016-cı ildən rəhbərlik edir. "Şəhərlilər" ötən mövsüm İngiltərə çempionatı və İngiltərə Liqa Kubokunu qazanıblar.

///Report
XƏBƏR LENTİ