16:13 Cümə, 23 Avqust 2019
İDMAN

“Mançester Yunayted” onunla bağlı qərarını verdi - 17 milyon avro

20:40, 16.01.20194328
“Mançester Yunayted” onunla bağlı qərarını verdi - 17 milyon avro
"Mançester Yunayted" komandadan ayrılacağı deyilən Maruan Fellaini ilə bağlı qərarını verib.

"Qırmızı şeytanlar" 31 yaşlı futbolçunu qış transfer dövründə satmağa qərar verib. Klub onun transfer qiymətini də müəyyənləşdirib. Baş məşqçi Ole-Qunnar Sulşerin heyətdə görmədiyi futbolçunun transfer qiyməti 17 milyon avro olaraq müəyyənləşdirilib.

Fellaini ilə "Milan", "Portu", "Fənərbaxça" kimi klubların maraqlandığı deyilir.

"Mançester Yunayted"lə 2020-ci ilədək müqaviləsi olan yarımmüdafiəçi, Premyer Liqanın son iki oyununda iştirak etməyib.
 
///komanda.az
XƏBƏR LENTİ