08:44 çərşənbə, 21 Noyabr 2018
İDMAN

Mariya Stadnik çempion oldu

10:34, 09.09.20183206
Mariya Stadnik çempion oldu
Polşanın paytaxtı Varşavada "Qran-pri” seriyasından olan "Poland Open” turniri başa çatıb.

Azərbaycan Güləş Federasiyasından AZXEBER.COM-a verilən məlumata görə, yarışda ölkəmizi təmsil edən qadınlardan ibarət yığmamızın lideri Mariya Stadnik (50 kq) həlledici görüşdə ötən il Avropa çempionatının finalında məğlub etdiyi (10:0) Ukrayna idmançısı İlyona Semkivlə qarşılaşıb. Finaladək bütün görüşlərində asan qələbə qazanan M.Stadnik sonuncu qarşılaşmada da rəqibinə qalib gəlib - 13:2. Beləliklə, Mariya daha bir yarışın çempionu olub.
XƏBƏR LENTİ