06:38 Cümə, 15 Dekabr 2017
SOSİAL

Masallıda həbsdən yeni çıxan kişi öz evini yandırdı

10:04, 24.09.2017222
Masallıda həbsdən yeni çıxan kişi öz evini yandırdı
Masallıda 45 yaşlı kişi  öz evini yandırıb.

Hadisə Masallının Ərkivan qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini 1972-ci il təvəllüdlü Elşən Abdullah oğlu Abdullayev özünə məxsus yaşayış evinə od vurub. Dərhal hadisə yerinə Masallı yanğından mühafizə hissəsinin avtomaşınları və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli evin 80 kv.m hissəsi yanğından mühafizə olunub.

Məlumata görə, ev sahibi E.Abdullayev  hadisəni ailə münaqişəsi zəminində qəsdən törədib. Onun ötən ay həbsdən azadlığa çıxdığı bildirilir.  

Fakt araşdırılır.
///APA
0
XƏBƏR LENTİ