Masallıda məktəb binasını şadlıq sarayına çevirirlər? - VİDEO

23 Sentyabr 2017, 13:35
AAA

Masallı rayonunun Kürdəbaz kənd ümumi orta məktəbi 1988-ci ildən fəaliyyət göstərir.

APA TV-nin məlumatına görə, bu il məktəbin bağlanması səbəbindən 81 şagird qonşu Qarğalıq kənd məktəbinə təhsil almağa gedir.

Uzun illər Kürdəbaz məktəbində müəllim işləyən Eynulla Zalıyev deyir ki, bu kəndin şagirdləri həmişə yüksək bal toplayaraq ali məktəblərə daxil olurdular: "Mən Qarğalıq məktəbində işləyirəm. Burada 10-11-ci sinif olmadığından uşaqlar ora gəlir, onların bəziləri heç yazı yaza bilmir, təlim-tərbiyə aşağı səviyyədədir. Bizim məktəbimiz əvvəllər Qarğalıq kəndi ilə bir yerdə olub, həmişə ali məktəblərə bizim kənddən çox uşaq daxil olurdu".
 
Rayon təhsil şöbəsinin müdir müavini Samit İslamovun sözlərinə görə, məktəbin bağlanması qərarı 2016-cı ildə verilib və qanuni şəkildə də icra olunub: "2013-cü ildən məktəblərin rasionallaşması məsələsi qoyulub və bu, tədrisin keyfiyyət dərəcəsinin aşağı, maddi-texniki bazası zəif, şagird sayı az olan məktəblərə şamil edilib. Həmin məktəblərdəki şagirdlər yaxınlıqdakı daha yaxşı məktəblərə istiqamətləndiriliblər. Bu səbəbdən bu məktəbin bağlanmasına Təhsil Nazirliyi qərar verib. Onu da qeyd edim ki, o məktəbdə təhsilin səviyyəsi aşağıdır, orda işləyən müəllimlərin böyük əksəriyyəti öz ixtisası üzrə 15 baldan aşağı nəticə göstərib".
 
Sosial şəbəkələrdə isə məktəbin bağlanaraq yerində şadlıq sarayının tikiləcəyi iddia olunur. Çəkiliş apardığımız zamanı belə bir vəziyyətlə rastlaşmadıq. Elə kənd sakinləri də bunun şayiə olduğunu dedilər: "İnternetdə yazılanlara görə, məktəbi şadlıq sarayına çevirmək istəyirlər. Mən belə şey eşitməmişəm, burda şadlıq sarayı tikilmir. O ki qaldı məktəbə, məktəbin fəaliyyəti bərpa olunsa, lap yaxşı, yayılan söhbətlər isə əsassızdır".
 
Masallı rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov isə sual edir ki, necə olur Təhsil Nazirliyinin balansında olan torpaq və məktəb satılır, nazirliyin burada olan nümayəndələrinin məlumatı yoxdur: "Bu məktəbin və digər məktəblərin həm həyəti, həm də binası Təhsil Nazirliyinin  balansındadır, bu dövlət əmlakıdır. Dövlət əmlakını heç kim sata, ala bilməz. Bu şayiədir, kiminsə xeyrinə olan şayiələrdir".
 
Qeyd edək ki, Kürdəbaz məktəbi ilə yanaşı, Qızılavar və Məmmədoba kəndlərinin də məktəbləri bağlanaraq, onlara yaxın olan məktəblərə köçürülüb. Məsafə uzaq olan ərazilərdə isə şagirdlərin daşınması üçün avtobus ayrılıb.


Oxunma sayı : 817

SON XƏBƏRLƏR
Qurban Qurbanov: Şikayət etdik, cavabı hər kəsə bəllidi - 19 Oktyabr 2017, 00:20
Sentyabrın ən yaxşısı: nə Messi, nə Ronaldo... - 18 Oktyabr 2017, 22:54
“O hardan bilsin?” – Jeyladan yeni mahnı - 18 Oktyabr 2017, 22:17
"Qarabağ"dan tarixi zəfər! — YENİLƏNİB - 18 Oktyabr 2017, 21:56
“Qarabağ” - “Atletiko”: İlk hissədə qol yoxdur - Yenilənir - 18 Oktyabr 2017, 21:29
İki ekranlı smartfon təqdim edilib - Fotolar - 18 Oktyabr 2017, 21:05
“Space”in aparıcısı “Lider”ə keçdi - 18 Oktyabr 2017, 20:38
Dövlət qeydiyyat nişanlarının standartı açıqlanıb - FOTOLAR - 18 Oktyabr 2017, 20:03
"Qarabağ" azarkeşlərinə avtobuslar ayrılacaq - RƏSMİ - 18 Oktyabr 2017, 19:38
“WhatsApp”dan arzulanan YENİLİK gəlir - 18 Oktyabr 2017, 19:00
Azərbaycanda mədəsini kiçiltmiş məşhurlar - Onlar bunu niyə gizlədir? - 18 Oktyabr 2017, 17:54
Azərbaycanda bu təşkilatların könüllülərinə təqaüd veriləcək - SİYAHI - 18 Oktyabr 2017, 17:34
Azərbaycanlı qadının türk ərini öldürən çoban: Gecə məni yuxudan qaldırıb zorladı - 18 Oktyabr 2017, 17:27
DTX Bakıda əməliyyat keçirdi: radikal dindarlar həbs edildi - 18 Oktyabr 2017, 17:16
Məscidə gedən 17 yaşlı qızı maşında zorlayıb, öldürdükdən sonra gölə atdılar - 18 Oktyabr 2017, 16:54
Bakıda 2-ci sinifdə oxuyan uşaq əməliyyat masasında öldü - FOTO - 18 Oktyabr 2017, 16:47
Müğənni Könül Kərimova Kərəm Həsənovun rəhbəri olduğu idarəni məhkəməyə verdi - 18 Oktyabr 2017, 16:40
Türkə ərə gedən azərbaycanlı aktrisa: «Məni şantaj edir» - 18 Oktyabr 2017, 16:39
“İnterpol”un tapdığı azərbaycanlılar ölkəyə təhvil verildi - 18 Oktyabr 2017, 16:30
Bərdədə gənc özünü yandırdı - 18 Oktyabr 2017, 16:19
Könül Xasıyeva canlı yayımda ağladı: Buna dözə bilmirdim - VİDEO - 18 Oktyabr 2017, 16:18
"Qarabağ" 1:5 "Atletiko" - Gənclərimiz yenə uduzdu - 18 Oktyabr 2017, 16:12
"Ərizəni istəmədən yazmışam" - İşdən çıxarılan əməkdar artist - 18 Oktyabr 2017, 15:57
12 ildir ən reytinqli şou olan "Maşın"da 1 saat - REPORTAJ + FOTO - 18 Oktyabr 2017, 15:47
Azərbaycan universitetləri: 4 il oxu, axırda da qal işsiz... - 18 Oktyabr 2017, 15:45
Hava şəraiti dəyişəcək - 18 Oktyabr 2017, 15:38
"Qarabağ"ın oyununu stadionda izləyəcək azarkeşlərin NƏZƏRİNƏ! - 18 Oktyabr 2017, 15:22
"Unibank"dan özbaşınalıq - Sürücülərin, piyadaların və əlillərin yolunu kəsdilər – FOTO - 18 Oktyabr 2017, 15:20
“CBC Sport”-dan Türkiyə Süper liqasının yayımı ilə bağlı -AÇIQLAMA - 18 Oktyabr 2017, 14:34
Müxalifətin mitinqinə qatılan tanınmış aktyor işdən çıxarıldı: ""Azdrama" təsdiqlədi" - 18 Oktyabr 2017, 14:34
"Artıq qorxmuram: o, məni zorladı" - Olimpiya çempionu - 18 Oktyabr 2017, 14:31
"Qarabağ"ın gəncləri "Atletiko"nu cəzalandırdı - YENİLƏNİR - 18 Oktyabr 2017, 14:25
Ermənilər Şahbaz Quliyevi Şuşaya apardı - 18 Oktyabr 2017, 14:19
"Bu bütün türk xalqlarının ortaq problemidir" - Qənirə Paşayeva - 18 Oktyabr 2017, 14:07
“Mollalarda gəzirdi, 9 ay idi evdə yox idi…” - Qız qaçıran evli kişi - 18 Oktyabr 2017, 14:01
Neslihan Atagül: "Sanki dünyanın ən gözəl qadınıyam" - 18 Oktyabr 2017, 13:59
Artıq Azərbaycanın da öz «Safari Park»ı var - VİDEO - 18 Oktyabr 2017, 13:45
"Mal-qaranı yumaq üçün olan dərmanı südə qatıb və uşağa verdim" - 5 yaşlı qızını zəhərləyib öldürən qadın - 18 Oktyabr 2017, 13:32
Arif Quliyev: "Bu maşın mənimdir, eşidin, bilin - VİDEO - 18 Oktyabr 2017, 13:24
Generaldan “Müsavat”ın yürüşü ilə bağlı - Açıqlama - 18 Oktyabr 2017, 13:22
Arzu Əliyevanın filminin Londonda nümayişi baş tutub - 18 Oktyabr 2017, 13:16
Bakıda məhərrəm ayında kimlər toy edir? – SİYAHI - 18 Oktyabr 2017, 13:07
"Bu adamın teatrın fəaliyyətindən, tarixindən heç xəbəri yox imiş" - Direktor Rövşanəni tənqid etdi - 18 Oktyabr 2017, 13:04
Bakıda 2000 ev sökülə bilər - “Azərsu” iddia qaldırdı - 18 Oktyabr 2017, 12:56
Bakıda əcnəbi kişi tanış olduğu qadını evə apardı - başına iş gəldi - 18 Oktyabr 2017, 12:43
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10