22:10 Bazar Günü, 15 Dekabr 2019
Maqazin

"Maşın" şounun məşhur iştirakçısı həyat yoldaşına xəyanət edib - FOTO

12:02, 11.11.20196867

Repçi Qurdun (Fərid Eminov) həyat yoldaşından ayrılmağına səbəb xəyanəti olub.

AZXEBER.COM milli.az istinadən xəbər verir ki, bunu ilk dəfə Qurd özü "Şou ATV"də etiraf edib.

Reper həyat yoldaşından bağışlanmağını istəyib:

"Ümid edirəm nə vaxtsa bağışlayar. Mən çox arzu edərəm ki, bağışlasın. Əgər bir insan səhvini etiraf edirsə, keçmişə qayıdıb heç nəyi düzəltmək olmaz. Amma gələcəyi düzəltmək olar". 

Qurd həyat yoldaşına xəyanətini özü etiraf etdiyini bildirib.

Qeyd edək ki, "Maşın" şouda iştirak edən Aysun və Qurdun sevgili olduqları söz-söhbəti dolaşırdı, tərəflər bu məlumatı təkzib edib. Qurd (Fərid) həyat yoldaşından boşanıb, iki oğlu var.



XƏBƏR LENTİ