01:11 Cümə Axşamı, 30 Yanvar 2020
DÜNYA

Maşını məktəblilərin üzərinə sürdü - Ölən və xeyli yaralananlar var

23:43, 07.12.20196061
Maşını məktəblilərin üzərinə sürdü - Ölən və xeyli yaralananlar var
Rusiyanın Nijnı Novqorod şəhərində dörd avtomobilin toqquşması 13 nəfərin xəsarət alması ilə nəticələnib.

Baş verən zəncirvari qəzada idarəetməni itirən avtomobillərdən biri yolun kənarında dayanan 9-cu sinif şagirdlərinin üzərinə sürüb. Nəticədə 11 yeniyetmə və onları teatra aparan iki şəxs xəsarət alıb.

Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Şəhərin səhiyyə xidmətindən verilən məlumata görə, şagirdlərdən ciddi xəsarət alan olmasa da onları müşayət edən şəxslərdən biri dünyasını dəyişib. Hazırda faktla bağlı araşdırma aparılır.
 
///Report

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ